Redaktor
Soyuq havaların sevimli yeməyi - Xəngəl setlərinin qiymətləri
Havaların soyuması ilk yada düşən yeməklərdən biri də xəngəldir. İnsanlar daha çox yarpaq xəngəlinə üstünlük versə də, son zamanlar gürcü xəngəlini seçənlərin sayı da kifayət qədərdir.
Bəs xəngəl yemək hansı restoranda daha sərfəlidir?
Valyuta.az Bakıda yerləşən restonların bəzilərinin təqdim etdiyi xəngəl setlərinin siyahısını hazırlayıb. Siyahıya görə, ən ucuz xəngəl seti “Xengelstation” restoranındadır. Belə ki, bu restoranda 2 nəfərlik xəngəl setinin qiyməti 17.90 manatdır. Setə 2 porsiya yarpaq xəngəli, 4 ədəd qaynadılmış, 4 ədəd qızardılmış gürcü xəngəli, acika, turşu assorti, qatıq və duşes daxildir.
“Old Baku Restaurant”
2 nəfərlik xəngəl setinin qiyməti 19.90 manat təşkil edir. Setə 2 porsiya yarpaq xəngəli, 10 ədəd gürcü xəngəli, assorti turşu, assorti tərəvəz, acika, duuşes, qatıq və çörək daxildir.
Servis haqqı 10 % təşkil edir.
“Xengelove”
2 nəfərlik xəngəl setinin qiyməti 24.90 manatdır. Setə 10 ədəd qaynadılmış, 10 ədəd qızartma gürcü xəngəli, turşu assorti, acika, qatıq və duşes daxildir.
4 nəfərlik xəngəl setinin qiyməti 37.90 manatdır. Setə 4 ədəd yarpaq xəngəli, 8 ədəd qaynadılmış, 8 ədəd qızartma gürcü xəngəli, turşu assorti, acika, qatıq və duşes daxildir.
“Kahkaha”
2 nəfərlik setin qiyməti 29 manatdır. Setə 2 ədəd yarpaq xəngəli, 5 ədəd qaynadılmış, 5 ədəd qızarmış gürcü xəngəli, gürzə, turşu assorti, qatıq, acika və duşes daxildir.
“Cheers Cafe Baku”
İki nəfərlik xəngəl setinin qiyməti 29 manatdır. Setə 2 ədəd yarpaq xəngəli, 6 ədəd qaynadılmış, 6 ədəd qızardılmış gürcü xəngəli, turşu assorti, qatıq, acika və duşes daxildir.
Servis haqqı 8 %-dir.
“7 Gözəl Restoan”da 2 nəfərlik xəngəl seti 18.90 manatdır.
“Nərgiz Restoran”da 2 nəfərlik xəngəl seti 29.90 manata təklif edilir.
“Park Fora”da 2 nəfərlik xəngəl setinin qiyməti 22.90 manatdır.
“Zil Restoan”ın 4 nəfərlik xəngəl seti 40 manatdır.
“Köhnə Şəhər Restoran”da isə 2 nəfərlik xəngəl seti 24.90 manata təklif edilir.
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2024-cü ildən bəri ilk dəfə: Bu metalın qiyməti kəskin artdı
31.03.20264 Uorren Baffetin ən böyük xərcləməsi
31.03.2026Azərbaycanın təhsil nailiyyətləri UNESCO-nun hesabatında yer aldı
31.03.2026"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında QALMAQAL - VİDEO
31.03.2026Dəmirin gücü litiuma qarşı: Dünyanın ən böyük "paslı batareya" layihəsi gəlir
31.03.2026Süni intellektin gizli düşməni: Ofislərdə işsizlik qorxusu böyüyür
31.03.2026Ultra varlılara məxsus 6 lüks avtomobil
31.03.2026Yaxın Şərqdə risklərin bazarlara təsiri məlum oldu
31.03.2026Rusiya benzin ixracını dayandırır - Azərbaycana necə təsir edəcək?
31.03.2026Tibb müəssisələri üçün 4,8 milyon manatlıq vasitə alınacaq
31.03.2026Qızılda 17 ilin ən pis göstəricisi: İlin sonu vəziyyət necə olacaq?
31.03.2026Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - FOTO
31.03.2026Avtobusla rayonlara səfər edənlər sığorta olunacaqlar - AÇIQLAMA
31.03.2026Azərbaycana 70 min ədəd smartfon gətirilib - Ölkələr/Qiymətlər
31.03.2026Valideynlərə vacib xəbər: I sinfə qəbulda yeni QAYDA
31.03.2026"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi
31.03.2026Azərbaycana orta qiyməti 470 min manat olan elektrik avtobusları gətirilib
31.03.2026