Redaktor
Rayonlarda otel qiymətləri 4300 manata kimi bahalaşıb - Siyahı
Qış istirahətini ölkənin müxtəlif bölgələrində keçirməyi planlaşdıran vətəndaşlar üçün otel qiymətləri əsas maraq mövzularından birinə çevrilib.
Yeniavaz.com onlayn rezervasiya platformalarında, o cümlədən məşhur “booking.com” saytında yerləşdirilən məlumatlara istinadən xəbər verir ki, qış mövsümünün başlaması ilə əlaqədar otellərin qiymətlərində ciddi artım müşahidə olunur. Eyni zamanda, populyar turizm bölgələrində bir çox oteldə artıq boş yerlər qalmayıb.
Məlumatlara əsasən, xüsusilə dağlıq ərazilərdə və qış turizmi üçün əlverişli hesab olunan rayonlarda həm qiymətlər yüksəlib, həm də rezervasiya imkanları xeyli məhdudlaşıb. Bu hal son günlərdə səyahət planlaşdıranlar üçün əlavə çətinliklər yarada bilər.
Qeyd edək ki, qış istirahəti üçün əlverişli olan rayonlarda – Qusar, Qəbələ və Qubada yerləşən bəzi otellərdə bu günə (24 dekabr) olan məlumata görə 2 nəfərlik otaqların qiymətləri (1 gecə, 2 gün) aşağıdakı kimidir:
