Mark Zukerberqin sərvəti artsa da, varlılar siyahısında geriləyib

Redaktor

24.12.2025 13:30
119

Mark Zukerberqin sərvəti artsa da, varlılar siyahısında geriləyib

Mark Zuckerberg son 15 aya yaxın dövrdə sərvətini 23 milyard dollar artırsa da, qlobal varlılar siyahısında ikinci yerdən altıncı yerə geriləyib.

Meta şirkətinin baş icraçı direktoru olan Zukerberq ötən ilin oktyabrında tarixində ilk dəfə dünyanın ikinci ən varlı şəxsi olmuşdu. Həmin vaxt o, Jeff Bezosu geridə qoymuşdu. Lakin Bloomberg Billionaires Index-in son göstəricilərinə əsasən, Zukerberqin xalis sərvəti 229 milyard dollara çatsa da, o hazırda altıncı pillədə qərarlaşıb.

2024-cü ilin oktyabrında Zukerberq yalnız  Elon Muskdan təxminən 50 milyard dollar geridə qalırdı. Lakin bu fərq son aylarda kəskin şəkildə artıb. Tesla və SpaceX-in rəhbəri olan Maskın sərvəti hazırda 632 milyard dollara yüksəlib və iki milyarder arasındakı fərq 400 milyard dollardan çoxdur.

Eyni dövrdə Alphabet-in həmtəsisçiləri Larry Page və Sergey Brin hər biri sərvətlərinə təxminən 100 milyard dollar əlavə ediblər. Nəticədə Peycin sərvəti 256 milyard dollara, Brinin sərvəti isə 238 milyard dollara çatıb. Bu artım Peyci yeddinci yerdən ikinci yerə, Brini isə onuncu yerdən dördüncü yerə yüksəldib.

Jeff Bezosun sərvəti də eyni müddətdə 39 milyard dollar artaraq 244 milyard dollara çatıb və o, üçüncü yerdə qərarlaşıb.

Larry Ellison, yəni Oracle-ın həmtəsisçisi isə ötən ilin oktyabrından bu yana 52 milyard dollar sərvət artımı ilə 231 milyard dollara yüksələrək beşinci pillədə yer alıb. O, sentyabr ayında qısa müddətə Maskı geridə qoyaraq dünyanın ən varlı şəxsi olmuşdu.

Oxşar vəziyyət Bernard Arnault üçün də keçərlidir. LVMH şirkətinin rəhbəri olan Arno sərvətini 11 milyard dollar artıraraq 204 milyard dollara çatdırsa da, dördüncü yerdən yeddinci yerə düşüb.

Texnologiya səhmləri reytinqləri dəyişdi

Zukerberqin ötən il ikinci yerə yüksəlməsindən sonra varlılar siyahısında baş verən dəyişikliklər əsasən iri texnologiya şirkətlərinin səhmlərinin dinamikası ilə bağlıdır. Bu müddətdə Tesla və Alphabet səhmləri müvafiq olaraq 94 faiz və 78 faiz bahalaşıb. Amazon səhmləri isə 22 faiz artıb. İnvestorlar bu şirkətlərin süni intellekt inqilabında aparıcı rol oynayacağına inanırlar.

Meta səhmləri isə eyni dövrdə cəmi 11 faiz yüksəlib. Oracle səhmləri 7 faiz, LVMH isə 2 faizdən az artım göstərib.

Bundan əlavə, SpaceX-in yaxın zamanda keçirilən ikinci bazar səhm satışı əsasında şirkətin dəyərinin 800 milyard dollar səviyyəsinə yüksəlməsi, Elon Maskın sərvətinin kəskin artmasına səbəb olub.

Nəticədə, Zukerberq əhəmiyyətli sərvət artımına baxmayaraq reytinqdə geriləyib. Lakin siyahının tez-tez dəyişdiyini və onun ikinci yerdə qərarlaşan Larri Peycdən cəmi 27 milyard dollar geridə qaldığını nəzərə alsaq, bu mövqenin uzunmüddətli olmayacağı istisna edilmir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Referans"da yoxlama aparıldı, sertifikatsız fəaliyyət aşkarlandı

24.12.2025

Yaponiya şirkəti biznesini 3 milyard dollara satır

24.12.2025

"OpenAI"dan xəbərdarlıq: Al brauzerləri heç vaxt tam təhlükəsiz olmaya bilər

24.12.2025

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… ®

24.12.2025

AMB ödəniş təşkilatlarında şikayətlərin idarə edilməsinə dair araşdırma aparır

24.12.2025

Assosiasiya sədri: "Azərbaycanda mövsümün sonlarında narın qiyməti hətta 15 manata qalxır"

24.12.2025

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

24.12.2025

Azərbaycanda son 5 ildə hər nəfər orta hesabla nə qədər qazanıb?

24.12.2025

İki kollecə direktor müavini təyin edildi

24.12.2025

"Binance" 5 kripto spot ticarət cütünü siyahıdan çıxarır

24.12.2025

Prezident və xanımı Xankəndidə açılışda - FOTOLAR

24.12.2025

Ödənişli atalıq məzuniyyəti necə hesablanacaq?

24.12.2025

İş yerini məhkəməyə vermək işçinin karyerasına təsir edir?

24.12.2025

Bu il kriptovalyuta bazarında rekord oğurluq - Arxasında bu ölkənin hakerləri dayanır

24.12.2025

Çin daha bir 100 milyon tonluq neft yatağı kəşf edib

24.12.2025

Uorren Baffetin ən uğurlu 5 investisiyası

24.12.2025

Sabah hava necə olacaq?

24.12.2025

Mark Zukerberqin sərvəti artsa da, varlılar siyahısında geriləyib

24.12.2025

Şuşa və Xankəndidəki otellər 9 ayda nə qədər gəlir əldə edib?

24.12.2025

"Buluttan" 1 milyon dollar investisiya alıb

24.12.2025

Məzənnə

Yüklənir...