Hesabat yalnız vergi üçün lazımdır?
17.12.2025 10:50
83

Hesabat yalnız vergi üçün lazımdır?

Sonarə Vəliyeva
“RESM” MMC-nin Maliyyə direktoru

İstənilən biznes subyektinin fəaliyyətində uçot sistemi əsas rol oynayır. Lakin praktikada tez-tez rast gəlinən əsas problemlərdən biri maliyyə uçotu ilə vergi uçotunun eyni anlayış kimi qəbul edilməsidir. Halbuki bu iki anlayış mahiyyət etibarilə fərqli məqsədlərə xidmət edir.

Maliyyə uçotu - müəssisənin real maliyyə vəziyyətini, fəaliyyət nəticələrini və pul axınlarını əks etdirmək üçün aparılır. Onun əsas məqsədi şirkətin iqtisadi durumunu obyektiv şəkildə təqdim etmək və investorlar, kreditorlar, tərəfdaşlar və menecment üçün qərar qəbuletməni asanlaşdırmaqdır.

Vergi uçotu - isə dövlət qarşısında öhdəliklərin düzgün yerinə yetirilməsi məqsədi daşıyır. Burada əsas diqqət vergi qanunvericiliyinin tələblərinə uyğun hesablamalara, güzəştlərə və vergi risklərinin minimuma endirilməsinə yönəlir. Bu baxımdan, maliyyə uçotu biznesin “daxili sağlamlığını” göstərirsə, vergi uçotu daha çox “tənzimləyici uyğunluq” funksiyasını yerinə yetirir. Bu gün dünyanın demək olar ki, bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartları (İFRS) əsasında tərtib edilməsi artıq zərurətə çevrilib. İFRS-in əsas üstünlüyü maliyyə məlumatlarının şəffaf, müqayisəolunan və etibarlı şəkildə təqdim olunmasını təmin etməsidir.

İFRS standartları:

  •  şirkətin real maliyyə nəticələrini üzə çıxarır,
  •  beynəlxalq investorlar üçün maliyyə məlumatlarını anlaşılan edir,
  •  banklarla və maliyyə institutları ilə münasibətlərdə etimadı artırır,
  •  biznesin strateji planlaşdırılmasını asanlaşdırır.

Başqa sözlə, İFRS yalnız hesabat forması deyil, eyni zamanda biznesin inkişafına xidmət edən idarəetmə alətidir. Azərbaycanda isə praktikada fərqli mənzərə müşahidə olunur. Şirkətlərin böyük əksəriyyəti maliyyə uçotuna deyil, əsasən vergi uçotuna fokuslanır. Bir çox hallarda müəssisələr üçün əsas meyar vergi baxımından düzgünlükdür; maliyyə hesabatlarının İFRS tələblərinə uyğunluğu isə ya ikinci planda qalır, ya da ümumiyyətlə nəzərə alınmır.

Bu yanaşmanın kökündə “hesabat yalnız vergi üçün lazımdır” düşüncəsi dayanır. Nəticədə:

  • maliyyə göstəriciləri real vəziyyəti əks etdirmir,
  • idarəetmə qərarları qeyri-dəqiq məlumatlara əsaslanır,
  • investor və banklar üçün şirkət riskli görünür,
  • biznesin böyüməsi və kapitallaşması məhdudlaşır.

Halbuki uzunmüddətli və dayanıqlı biznes inkişafı üçün İFRS standartlarına əsaslanan maliyyə hesabatları şərtdir. Çünki inkişaf yalnız vergi yükünün optimallaşdırılması ilə deyil, maliyyə axınlarının düzgün idarə olunması, risklərin ölçülməsi və gələcək strategiyanın qurulması ilə mümkündür.

İFRS əsasında tərtib olunmuş hesabatlar:

  • sahibkara real mənfəəti görməyə,
  • xərcləri təhlil etməyə,
  • investisiya qərarlarını əsaslandırmağa,
  • beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirməyə şərait yaradır.

Vergi uçotu biznes üçün zəruridir, lakin kifayət deyil. Maliyyə uçotu isə biznesin gələcəyini formalaşdıran əsas sütundur.

Nəticə etibarilə demək olar ki, vergi uçotu şirkətin bu gününü qoruyursa, İFRS-ə əsaslanan maliyyə uçotu onun sabahını qurur. Azərbaycanda biznes subyektlərinin vergi yönümlü düşüncədən maliyyə yönümlü strateji yanaşmaya keçidi artıq seçim deyil, zərurətdir. Bu keçid həm şirkətlərin sağlam inkişafına, həm də ölkə iqtisadiyyatında şəffaflığın və investisiya mühitinin güclənməsinə xidmət edəcək.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Ən çox elektromobili hansı ölkələrdən, neçəyə alırıq?

Ən çox elektromobili hansı ölkələrdən, neçəyə alırıq? - CƏDVƏL

17.12.2025

Üç BOKT-un vəzifəli şəxsləri cərimələnib

17.12.2025

"eSIM" əsaslı rabitə şirkəti 12 milyon dollar investisiya alıb

17.12.2025

Nəqliyyat vasitələrinin gətirilməsi üçün çəkilən xərclər artıb

17.12.2025

Bu regionda 4 məktəb binası yenidən tikiləcək - RƏSMİ

17.12.2025

Brend öz auditoriyasını necə seçməlidir?

17.12.2025

Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir ®

17.12.2025

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

17.12.2025

"Warner Bros" 108 milyard dollarlıq təklifi rədd etməyə hazırlaşır

17.12.2025

"Fed" sədri postu uğrunda yarış qızışır: Trampa yaxın yeni ad ortaya çıxdı

17.12.2025

Yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı qərar

17.12.2025

Hesabat yalnız vergi üçün lazımdır?

17.12.2025

Magistral kanalların yenidən qurulmasına 46 milyon manat ayrılıb

17.12.2025

6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq - QİYMƏTLƏR

17.12.2025

Vəfat etmiş şəxsin pensiyasını bu şəxslər ala bilər

17.12.2025

“AFB BANK” tender elan edir ®

17.12.2025

Azərbaycana ən çox bu məhsullar idxal olunub - CƏDVƏL

17.12.2025
Müştəriyə edilən endirimlər taksi sürücülərinin qazancından çıxılır?

Müştəriyə edilən endirimlər taksi sürücülərinin qazancından çıxılır?

17.12.2025

Neftimizin qiyməti 62 dollara düşüb

17.12.2025

Tramp daha 5 ölkədən olanlara ABŞ-a giriş qadağası qoydu

17.12.2025

Məzənnə

Yüklənir...