Redaktor
Üç BOKT-un vəzifəli şəxsləri cərimələnib
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində bir sıra bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olunub.
Valyuta.az xəbər verir ki, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin, eləcə də “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən aşağıdakı qərarlar qəbul edilib.
“Finex Kredit” BOKT ASC-nin vəzifəli şəxsi 8 000 manat, “Effektinvest” BOKT MMC-nin vəzifəli şəxsi 4 500 manat, “Caspian İnvest” BOKT MMC-nin vəzifəli şəxsi isə 1 500 manat məbləğində cərimələnib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu il Azərbaycanda 1400-dən çox xarici şirkət dövlət qeydiyyatından keçib
17.12.2025Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr - Siyahı
17.12.20252026-cı il üçün Avropada ən ucuz 10 şəhər tətili məkanı açıqlandı
17.12.2025
Süni intellekt inqilab vəd edirdi, amma...
17.12.2025Sabah hava yağmursuz olacaq
17.12.2025Kibertəhlükəsizlik reytinqi: Al hücumları və NFC təhdidləri daha aktivləşir
17.12.2025