Redaktor
"Fed" sədri postu uğrunda yarış qızışır: Trampa yaxın yeni ad ortaya çıxdı
ABŞ Prezidenti Donald Trampın yaxın həftələrdə ABŞ Mərkəzi Bankının (Fed) yeni sədri ilə bağlı qərar verəcəyi gözlənilir.
Valyuta.az xəbər verir ki, son günlər Kevin Hassett və Kevin Warsh əsas namizədlər kimi ön plana çıxsa da, ABŞ mediası yarışa yeni bir adın qoşulduğunu yazır.
Wall Street Journalın məlumatına görə, Fed İdarə Heyətinin üzvü Christopher Waller də artıq "Fed" sədrliyi uğrunda real namizədlərdən biri hesab olunur. Bildirilir ki, indiyədək “iki Kevin”in kölgəsində qalan Waller son dövrlər Wall Street dairələrinin dəstəyini qazanıb və şansını xeyli artırıb.
Məlumata görə, Christopher Waller bu gün Donald Trampla Fed sədrliyi mövzusunda birbaşa görüş keçirəcək. Bu görüşün onun namizədliyinin taleyində mühüm rol oynaya biləcəyi qeyd olunur.
Xatırladaq ki, "JPMorgan Chase" bankının baş icraçı direktoru Jamie Dimonun dəstəyini alan Kevin Warsh da ötən həftə Tramp ilə görüşüb.
Kriptovalyutalara müsbət yanaşması ilə tanınır
Christopher Waller kriptovalyutalar və maliyyə innovasiyalarına açıq mövqeyi ilə tanınan "Fed" rəsmilərindən biridir.
Faiz dərəcələrinin endirilməsinin tərəfdarı kimi tanınan Waller 2020-ci ildə Donald Trampın dəstəyi ilə Fed İdarə Heyətinə daxil olub.
Hassett Trampa həddindən artıq yaxındır?
ABŞ mediası eyni zamanda qeyd edir ki, Fed sədrliyi üçün ən güclü namizəd kimi göstərilən Kevin Hassett, Trampa “çox yaxın” fiqur olması səbəbilə prezidentin ətrafındakı bəzi dairələr tərəfindən ehtiyatla qarşılanır. Bu amilin onun namizədliyinə mənfi təsir göstərə biləcəyi iddia olunur.
"Fed" sədrliyi uğrunda mübarizənin yaxın günlərdə daha da kəskinləşəcəyi gözlənilir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Ən çox elektromobili hansı ölkələrdən, neçəyə alırıq? - CƏDVƏL
17.12.2025Üç BOKT-un vəzifəli şəxsləri cərimələnib
17.12.2025"eSIM" əsaslı rabitə şirkəti 12 milyon dollar investisiya alıb
17.12.2025Bayram süfrələri üçün lüks ərzaqlar
17.12.2025Nəqliyyat vasitələrinin gətirilməsi üçün çəkilən xərclər artıb
17.12.2025Bu regionda 4 məktəb binası yenidən tikiləcək - RƏSMİ
17.12.2025Brend öz auditoriyasını necə seçməlidir?
17.12.2025Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir ®
17.12.2025Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
17.12.2025"Warner Bros" 108 milyard dollarlıq təklifi rədd etməyə hazırlaşır
17.12.2025"Fed" sədri postu uğrunda yarış qızışır: Trampa yaxın yeni ad ortaya çıxdı
17.12.2025Yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı qərar
17.12.2025Hesabat yalnız vergi üçün lazımdır?
17.12.2025Magistral kanalların yenidən qurulmasına 46 milyon manat ayrılıb
17.12.20256 faydalı qazıntı yatağı hərraca çıxarılacaq - QİYMƏTLƏR
17.12.2025Vəfat etmiş şəxsin pensiyasını bu şəxslər ala bilər
17.12.2025“AFB BANK” tender elan edir ®
17.12.2025Azərbaycana ən çox bu məhsullar idxal olunub - CƏDVƏL
17.12.2025