Müştəriyə edilən endirimlər taksi sürücülərinin qazancından çıxılır?

Redaktor

17.12.2025 09:35
98

Müştəriyə edilən endirimlər taksi sürücülərinin qazancından çıxılır?

Taksi şirkətlərinin tətbiq etdiyi endirimlər sürücülərlə müştərilər arasında ciddi narazılıq yaradır. Məsələn, sürücünün sistemində gediş haqqı 7 manat görünür, lakin müştəriyə 30% endirim tətbiq edildiyi üçün ona yalnız 5 manat ödəniş göstərilir. Şirkətlər isə bildirir ki, endirimlə aparılan gedişlərin fərqi sürücülərə kompensasiya olunur. Sürücülər isə sərnişinlərə deyirlər ki, gerçəkdə bu kompensasiya onlara tam şəkildə ödənilmir və endirimlər nəticəsində qazancları əhəmiyyətli dərəcədə azalır.

Maraqlıdır, taksi şirkətlədinin tətbiq etdiyi endirimlər real olaraq şirkətin öz büdcəsindən qarşılanır, yoxsa bu məbləğ sürücülərin qazancından çıxılır? 

Valyuta.az-ın sorğusuna cavab olaraq "Bolt" şirkətindən bildirildi ki, tətbiq olunan hər hansı müştəri endirimi sürücü qazancına təsir göstərmir və tam şəkildə platforma tərəfindən qarşılanır: “Məsələn, nağd ödənişli bir gedişin real dəyəri 7 manatdırsa, lakin müştəriyə endirim tətbiq edilərək 5 manat göstərilirsə, sürücü müştəridən yalnız 5 manat qəbul edir. Qalan 2 manat isə “Nağd endirimin kompensasiyası” bəndi ilə sürücünün "Bolt" hesabında tam şəkildə əks olunur və şirkət tərəfindən ödənilir.
Bu mexanizm o deməkdir ki, sürücünün faktiki qazancı endirimdən təsirlənmir və heç bir halda endirim məbləği sürücünün qazancından çıxılmır. Endirimlə bağlı bütün fərqlər  Bolt" tərəfindən qarşılanır”.

“Yango” xidmətindən isə bildirildi ki, tətbiq olunan bütün endirimlər üçün sürücülərin tam kompensasiya aldıqlarına zəmanət verilir: “Səyahətin faktiki dəyəri ilə endirim tətbiq edildikdən sonra müştəriyə göstərilən məbləğ arasındakı istənilən fərq şirkətin vəsaitləri hesabına tam şəkildə ödənilir. Sistem elə qurulub ki, sürücü öz interfeysində həmişə, sərnişinə verilən endirim nəzərə alınmadan, real qazanc məbləğini görür. Onun səfər üzrə gəliri xüsusi təkliflər səbəbilə azalmır”.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...