Yeyinti məhsullarına çəkilən xərclər artır

Redaktor

17.12.2025 09:00
76

Yeyinti məhsullarına çəkilən xərclər artır

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın idxal etdiyi yeyinti məhsullarının idxal dəyəri artıb.

Valyuta.az xəbər verir ki, sözügedən dövrdə ölkəyə 2 milyard 334 milyon 941,72 min ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub. 

Bu, onu deməyə əsas verir ki, illik müqayisədə yeyinti məhsullarının idxal dəyərində 142 milyon 296,88 min ABŞ dolları dəyərində və ya 6,48% artım olub.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycan xaricdən 2 milyard 192 milyon 644,84 min ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edib. 

Statistik məlumatlara əsasən yeyinti məhsullarının idxalı ümumi idxalın 11,68% -i təşkil edib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...