Redaktor
Nəqliyyat vasitələrinin gətirilməsi üçün çəkilən xərclər artıb
Cari ilin yanvar- noyabr aylarında xaricdən Azərbaycana 2 milyard 646 milyon 85 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri daxil olub.
Valyuta.az xəbər verir ki, illik müqayisədə sözügedən malların idxal dəyərində 440 milyon 704 min ABŞ dolları dəyərində və ya 19,98% artım olub.
Ötən ilin eyni dövründə isə ölkəyə 2 milyard 205 milyon 380 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri daxil olub.
Qeyd edək ki, ümumi idxaldakı faiz payında da sözügedən malların ölkəyə gətirilməsi üzrə artım olub.
Belə ki, cari ilin ilk 11 ayında nəqliyyat vasitələri və onların hissələri ümumi idxalın 12,49%-ni tutub, ötən ilin eyni dövründə isə bu, 11,75% olub.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu il Azərbaycanda 1400-dən çox xarici şirkət dövlət qeydiyyatından keçib
17.12.2025Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr - Siyahı
17.12.20252026-cı il üçün Avropada ən ucuz 10 şəhər tətili məkanı açıqlandı
17.12.2025
Süni intellekt inqilab vəd edirdi, amma...
17.12.2025Sabah hava yağmursuz olacaq
17.12.2025Kibertəhlükəsizlik reytinqi: Al hücumları və NFC təhdidləri daha aktivləşir
17.12.2025