İki kollecə direktor müavini təyin edildi

Redaktor

24.12.2025 15:30
39

İki kollecə direktor müavini təyin edildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən bir sıra kollec rəhbərliyində yeni təyinatlar həyata keçirilib.

Valyuta.az xəbər verir ki, Səbuhi Qurbanov Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini, Vüqar Mikayıllı isə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Səbuhi Qurbanov bakalavriat təhsilini Bakı Dövlət Universitetində "Riyaziyyat” ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə alıb. Əmək fəaliyyətinə Şəki şəhər 11 saylı orta məktəbdə riyaziyyat müəllimi kimi başlayan S. Qurbanov daha sonra həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 saylı orta məktəbdə direktor, eləcə də Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi vəzifələrində çalışıb.

S. Qurbanov Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant Müsabiqəsinin qalibi olmuş, bir sıra yerli və beynəlxalq təlim proqramlarında iştirak edib. O, 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunub.

Vüqar Mikayıllı bakalavriat və magistratura təhsilini Bakı Dövlət Universitetində "Regionşünaslıq” ixtisası üzrə alıb. Hazırda ADA Universitetində "Təhsil üzrə menecment” ixtisası üzrə magistratura təhsilini davam etdirir.

Əmək fəaliyyətinə Qobustan şəhər 3 saylı tam orta məktəbdə tarix müəllimi kimi başlayan V. Mikayıllı müxtəlif illərdə Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsində Şamaxı rayonu üzrə imtahan rəhbəri, Qobustan rayonu üzrə monitorinq rəhbəri, həmçinin TIMSS beynəlxalq qiymətləndirməsi üzrə Qobustan rayonu üzrə imtahan rəhbəri kimi fəaliyyət göstərib. O, eyni zamanda icma əsaslı siniflərin yaradılması və "Virtual məktəb” platforması üçün qiymətləndirmə vasitələrinin hazırlanması layihələrində iştirak edib.

V. Mikayıllı ADA Universitetinin "Bir müəllimin manifesti” ixtisasartırma proqramının Vaşinqton mərhələsini uğurla başa vurub, həmçinin bir sıra yerli və beynəlxalq konfrans və layihələrin iştirakçısı olub.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Referans"da yoxlama aparıldı, sertifikatsız fəaliyyət aşkarlandı

24.12.2025

Yaponiya şirkəti biznesini 3 milyard dollara satır

24.12.2025

"OpenAI"dan xəbərdarlıq: Al brauzerləri heç vaxt tam təhlükəsiz olmaya bilər

24.12.2025

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… ®

24.12.2025

AMB ödəniş təşkilatlarında şikayətlərin idarə edilməsinə dair araşdırma aparır

24.12.2025

Assosiasiya sədri: "Azərbaycanda mövsümün sonlarında narın qiyməti hətta 15 manata qalxır"

24.12.2025

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

24.12.2025

Azərbaycanda son 5 ildə hər nəfər orta hesabla nə qədər qazanıb?

24.12.2025

İki kollecə direktor müavini təyin edildi

24.12.2025

"Binance" 5 kripto spot ticarət cütünü siyahıdan çıxarır

24.12.2025

Prezident və xanımı Xankəndidə açılışda - FOTOLAR

24.12.2025

Ödənişli atalıq məzuniyyəti necə hesablanacaq?

24.12.2025

İş yerini məhkəməyə vermək işçinin karyerasına təsir edir?

24.12.2025

Bu il kriptovalyuta bazarında rekord oğurluq - Arxasında bu ölkənin hakerləri dayanır

24.12.2025

Çin daha bir 100 milyon tonluq neft yatağı kəşf edib

24.12.2025

Uorren Baffetin ən uğurlu 5 investisiyası

24.12.2025

Sabah hava necə olacaq?

24.12.2025

Mark Zukerberqin sərvəti artsa da, varlılar siyahısında geriləyib

24.12.2025

Şuşa və Xankəndidəki otellər 9 ayda nə qədər gəlir əldə edib?

24.12.2025

"Buluttan" 1 milyon dollar investisiya alıb

24.12.2025

Məzənnə

Yüklənir...