Asim Həsənov
İnsan Resursları üzrə mütəxəssis
Sınaq müddəti işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə təyin edilir. Əmək münasibətlərində əmək müqaviləsi bağlayarkən işəgötürənin əsas hüquqlarından biri də işçi ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etməkdir. Bəs sınaq müddəti nə qədər təyin oluna bilər?
-Sınaq müddəti təyin etmək üçün əmək məcəlləsi işəgötürənə müəyyən qadağa və səlahiyyətlər verir. Məsələn işəgötürən istədiyi şəxslə sınaq müddəti təyin etmədən əmək müqaviləsi imzalaya bilər. Əgər müqaviləsində sınaq müddəti göstərilməyibsə bu sınaq təyin edilmədən bağlanmış hesab olunur. Amma sınaq müddəti təyin edilərkən müəyyən məhdudiyyətlər var ki, Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən işəgötürən aşağıda qeyd edilən şəxslərə sınaq müddəti təyin edə bilməz yəni onlar birbaşa işə qəbul olunmalıdır:
-yaşı 18-dən az olan şəxslər;
-müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlar;
-hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;
-təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslər;
-ödənişli seçkili vəzifəyə seçilmiş şəxslər;
-iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslər.
Əgər əmək müqaviləsi 6 ay müddətinə qədər bağlanılırsa o zaman işəgötürən sınaq müddətini iki həftədən çox təyin edə bilməz, yox əgər əmək müqaviləsi 6 aydan uzun müddəyə bağlanılırsa o zaman işəgötürən üç ay sınaq müddəti təyin edilə bilər.
Burada diqqət edilməli əsas məqam ondan ibarətdir ki, sınaq müddəti təyin edilərkən işçi ilə öncədən əmək müqaviləsi imzalanmalıdır. Daha sonra işçi işə başlamalıdır və işlədiyi dövr ərzində işçiyə minimal aylıq əmək haqqından az olmamaq şərti öncədən əmək müqaviləsində müəyyən edilən miqdarda əmək haqqı ödənilməlidir.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBayramda kiçik bizneslər üçün böyük fürsətlər var - Forbes
22.12.2025“Azərbaycan Dəmir Yolları” ötən ili 1.8 milyard manat zərərlə başa vurub
22.12.2025Dövlət Xidmətində iki yeni təyinat
22.12.2025Çin Rusiyadan qızıl alır: Noyabr ayı satışları tarixi rekord qırıb
22.12.2025"Samsung" "Galaxy S26"nın təqdimatını təxirə salır - Qiymət artacaq
22.12.2025Direktor müavini təyin edildilər
22.12.2025Atalıq məzuniyyətinin müddəti və ödənişi necə hesablanacaq? - Vacib Detallar
22.12.2025İnsan resursları üzrə startap 500 min dollar investisiya aldı
22.12.2025