Redaktor
"Binance" yeni kriptovalyutanı siyahıya salır
"Binance" platformasında yeni kriptovalyutanın listinq ediləcəyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, birja 24 dekabr tarixində, TSİ ilə saat 11:00-dan etibarən KGST/USDT ticarət cütünü ümumi listinqə açacaq.
Qırğızıstanın yerli valyutası olan som (KGS)-a indekslənmiş sabitkoin KGST yalnız USDT paritesi üzrə ticarət ediləcək. Listinq elan edildikdən dərhal sonra depozit əməliyyatları aktivləşdirilib. Çıxarış əməliyyatları isə 25 dekabr, TSİ 11:00-da başlayacaq.
Məlumata görə, KGST sabitkoininin hər bir vahidi üçün ehtiyatda 1 KGS saxlanılır.
Qeyd edək ki, "Binance" ilə Qırğızıstan hökuməti arasında son dövrlərdə əməkdaşlıq daha da genişlənib. Tərəflər ödəniş infrastrukturu, təhsil layihələri və kriptovalyutaların ölkə daxilində istifadəsinin təşviqi kimi sahələrdə birgə təşəbbüslər həyata keçirirlər. KGST-nin listinqi də bu əlaqələrin gücləndiyini göstərən növbəti addım kimi qiymətləndirilir.
Qeyd edək ki, USD1 ABŞ-də Donald Trampa yaxınlığı ilə tanınan World Liberty Financial tərəfindən buraxılmış sabitkoin kimi təqdim olunur.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİndi alınması məsləhət görülən ən yaxşı AI kriptovalyutası
22.12.2025Bayramda kiçik bizneslər üçün böyük fürsətlər var - Forbes
22.12.2025“Azərbaycan Dəmir Yolları” ötən ili 1.8 milyard manat zərərlə başa vurub
22.12.2025Dövlət Xidmətində iki yeni təyinat
22.12.2025Çin Rusiyadan qızıl alır: Noyabr ayı satışları tarixi rekord qırıb
22.12.2025"Samsung" "Galaxy S26"nın təqdimatını təxirə salır - Qiymət artacaq
22.12.2025Direktor müavini təyin edildilər
22.12.2025Atalıq məzuniyyətinin müddəti və ödənişi necə hesablanacaq? - Vacib Detallar
22.12.2025İnsan resursları üzrə startap 500 min dollar investisiya aldı
22.12.2025