Atalıq məzuniyyətinin müddəti və ödənişi necə hesablanacaq?

Redaktor

22.12.2025 15:33
133

Atalıq məzuniyyətinin müddəti və ödənişi necə hesablanacaq? - Vacib Detallar

Milli Məclisdə müzakirəyə çıxarılan və birinci oxunuşdan keçən Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, uşağın doğumu ilə bağlı atalara ödənişli məzuniyyət hüququnun verilməsi nəzərdə tutulur.

Bəs, atalıq məzuniyyətinin müddətin və ödənişin hesablanma qaydası necədir?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Azərbaycan qanunvericiliyinə, xüsusilə Əmək Məcəlləsinə əsasən, indiyədək atalara uşağın doğulduğu günə təsadüf edən dövrdə 14 təqvim günü müddətində ödənişsiz məzuniyyət verilməsi nəzərdə tutulurdu.

Deputat qeyd edib ki, hazırda Əmək Məcəlləsinin 125-ci maddəsinə "Hamiləliyə və doğuşa görə məzuniyyətlər"lə bağlı dəyişiklik edilməsi təklif olunub və bu dəyişiklik artıq birinci oxunuşda qəbul edilib. Təklif olunan dəyişikliklərə əsasən, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur.

Bundan əlavə millət vəkili nəzərə çatdırıb ki, dəyişikliklərdən əvvəl də Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, həyat yoldaşı doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilməsi mümkündür. Bu baxımdan, ataların həm ödənişli, həm də mövcud qanunvericiliklə nəzərdə tutulan ödənişsiz məzuniyyət hüququnun saxlanılması mühüm əhəmiyyət daşıyır:

"Qanunvericilikdə atalıq məzuniyyətinin müddəti və başlanma vaxtı dəqiq müəyyənləşdirilir, onun tətbiq mexanizmi isə müvafiq icra hakimiyyəti orqanlarının verdiyi təlimat və qərarlar əsasında həyata keçirilir. Digər texniki və icra məsələləri də məhz bu mexanizm çərçivəsində tənzimlənir".

Qeyd edək ki, bu dəyişikliklər Milli Məclisdə üç oxunuşdan keçdikdən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

M.Məmmədli hesab edir ki, bu yenilik ailə institutunun möhkəmləndirilməsi baxımından çox mühüm addımdır. Onun sözlərinə görə, dəyişiklik ailə yükünün gender bərabərliyi prinsiplərinə uyğun şəkildə qadın və kişi arasında bölüşdürülməsini ön plana çıxarır. Eyni zamanda, doğuş ərəfəsində və sonrakı çətin dövrdə atanın həyat yoldaşının yanında olması, ailədə digər uşaqların sağlamlığı və inkişafında fəal iştirak etməsi üçün imkan yaradır:

"Bu addım həm sosial dövlət anlayışının möhkəmləndirilməsi, həm də qadın hüquqlarına verilən önəmin bariz göstəricisidir. Bununla yanaşı, Azərbaycan dövləti ailə institutunun dövlət siyasətində nə dərəcədə önəmli olduğunu bu dəyişikliklə bir daha nümayiş etdirir".

©Milli.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Gizlilik baxımından ən təhlükəli veb-brauzerlər - SİYAHI

22.12.2025

"OpenAI" "ChatGPT"nin ünsiyyət üslubunu fərdiləşdirilə bilən etdi

22.12.2025

Orxan Nəzərli özünə 2 yeni müşavir təyin etdi

22.12.2025

İndi alınması məsləhət görülən ən yaxşı AI kriptovalyutası

22.12.2025

Bayramda kiçik bizneslər üçün böyük fürsətlər var - Forbes

22.12.2025

“Azərbaycan Dəmir Yolları” ötən ili 1.8 milyard manat zərərlə başa vurub

22.12.2025

Dövlət Xidmətində iki yeni təyinat

22.12.2025

Çin Rusiyadan qızıl alır: Noyabr ayı satışları tarixi rekord qırıb

22.12.2025

"Samsung" "Galaxy S26"nın təqdimatını təxirə salır - Qiymət artacaq

22.12.2025

Direktor müavini təyin edildilər

22.12.2025

Atalıq məzuniyyətinin müddəti və ödənişi necə hesablanacaq? - Vacib Detallar

22.12.2025

İnsan resursları üzrə startap 500 min dollar investisiya aldı

22.12.2025
Şirkətlər niyə işçi götürməyəcəkləri halda vakansiya elanları paylaşırlar?

Şirkətlər niyə işçi götürməyəcəkləri halda vakansiya elanları paylaşırlar?

22.12.2025

"Binance" yeni kriptovalyutanı siyahıya salır

22.12.2025

Azərbaycanda bu şəxslərə vergi güzəşti tətbiq ediləcək - RƏSMİ

22.12.2025

Bağlanmış banklar “Bakı Metropoliteni”nin 3.7 milyon manatını qaytarmayıb

22.12.2025

Bakıdan bu rayona gəmi ilə gedə biləcəyik

22.12.2025

Bu ailələrə 200 manat birdəfəlik maddi yardım veriləcək

22.12.2025

İşçinin işdə 2 saat boş qalması normal haldırmı?

22.12.2025

Kartof ixracında gəlir 38% artıb

22.12.2025

Məzənnə

Yüklənir...