Redaktor
Gizlilik baxımından ən təhlükəli veb-brauzerlər - SİYAHI
"Digitain" komandası tərəfindən 2025-ci ilin dekabr ayında aparılan araşdırmaya görə, istifadəçi məlumatlarının qorunması baxımından ən təhlükəli veb-brauzer "OpenAI"ın "ChatGPT Atlas" brauzeri hesab olunub. Onu Google Chrome izləyir.
Valyuta.az cəbər verir ki, brauzerlər üç əsas kriteriya üzrə qiymətləndirilib: gizlilik və barmaq izi (digital fingerprint) qorunması, izləyicilərin bloklanması və məlumat toplama effektivliyi, eləcə də bağlantı/naviqasiya təhlükəsizliyi.
Yüksək bal istifadəçilərin gizliliyi üçün daha yüksək risk deməkdir:
* ChatGPT Atlas – 99 bal
* Google Chrome – 76 bal
* Vivaldi – 75 bal
* Microsoft Edge – 63 bal
* Opera – 58 bal
* Ungoogled – 55 bal
* Mozilla Firefox – 50 bal
* Apple Safari – 49 bal
* DuckDuckGo – 44 bal
* Tor – 40 bal
Araşdırmanın müəllifləri vurğulayırlar ki, "ChatGPT Atlas" kimi süni intellekt əsaslı yeni brauzerlər maraqlı funksiyalar təqdim etsə də, AI-ın öyrədilməsi üçün mümkün qədər çox məlumat toplamaq tələb olunduğundan, şəxsi məlumatlar daha çox toplanır.
Gizlilik baxımından ən yaxşı brauzerlər "Brave" və "Mullvad Browser" hesab olunub. "Mullvad" açıq mənbəli, gizlilik yönümlü brauzer olaraq izləməni minimuma endirir.
"OpenAI" öz brauzeri "ChatGPT Atlas"ı oktyabrın sonunda təqdim edib. Onun əsas xüsusiyyəti daxilindəki çatbot və agent funksiyalarıdır ki, bu da bir çox tapşırığı avtomatik yerinə yetirməyə imkan verir. Hal-hazırda brauzer yalnız "macOS" üçün mövcuddur: "Windows", iOS və "Android" versiyaları sonra çıxacaq.
2025-ci ilin sonuna olan məlumatlara görə, "Google Chrome"un bazar payı 78%-ə çatıb ki, bu da onun tarixində ən yüksək göstəricidir. Müqayisə üçün, ikinci yerdə olan "Microsoft Edge" yalnız 10% istifadəçi payına malikdir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda elan olunmuş illərin siyahısı
22.12.2025Azərbaycanda siqaretlər bahalaşır: Yeni ildən qiymətlər artırılacaq
22.12.2025Bu xəstəxananın direktor müavini işdən çıxarıldı
22.12.2025Gizlilik baxımından ən təhlükəli veb-brauzerlər - SİYAHI
22.12.2025"OpenAI" "ChatGPT"nin ünsiyyət üslubunu fərdiləşdirilə bilən etdi
22.12.2025Orxan Nəzərli özünə 2 yeni müşavir təyin etdi
22.12.2025İndi alınması məsləhət görülən ən yaxşı AI kriptovalyutası
22.12.2025Bayramda kiçik bizneslər üçün böyük fürsətlər var - Forbes
22.12.2025“Azərbaycan Dəmir Yolları” ötən ili 1.8 milyard manat zərərlə başa vurub
22.12.2025Dövlət Xidmətində iki yeni təyinat
22.12.2025Çin Rusiyadan qızıl alır: Noyabr ayı satışları tarixi rekord qırıb
22.12.2025"Samsung" "Galaxy S26"nın təqdimatını təxirə salır - Qiymət artacaq
22.12.2025Direktor müavini təyin edildilər
22.12.2025Atalıq məzuniyyətinin müddəti və ödənişi necə hesablanacaq? - Vacib Detallar
22.12.2025İnsan resursları üzrə startap 500 min dollar investisiya aldı
22.12.2025