Redaktor
"Samsung" "Galaxy S26"nın təqdimatını təxirə salır - Qiymət artacaq
Bir neçə mənbənin məlumatına əsasən, “Samsung” yeni flaqman smartfonlarının buraxılış tarixini təxirə salmağı planlaşdırır. Əvvəllər “Galaxy S26” seriyasının 2026-cı ilin fevral ayının əvvəlində bazara çıxacağı gözlənilirdisə, indi təqdimatın yalnız mart ayında baş tutacağı bildirilir.
Valyuta.az xəbər verir ki, “Galaxy S25” seriyası 23 yanvar 2025-ci ildə təqdim olunmuş və 7 fevralda satışa çıxmışdı. Gecikmə ilə bağlı məlumatı “Samsung” sızıntıları üzrə ixtisaslaşan insayder "Ice Universe", eləcə də "Setsuna Digital" blogeri təsdiqləyib.
Məlumata görə, adi qrafikin dəyişməsinə səbəb yeni dizaynla bağlı çətinliklər və seriyanın buraxılışa ümumi hazırlıq prosesidir. Bir müddət şəbəkədə “Samsung”un Plus modelini yeni Edge versiyası ilə əvəz edəcəyi barədə insayd məlumatlar yayılmışdı, lakin görünür, şirkət yenidən klassik “Galaxy” üçlüyünə qayıtmaq qərarına gəlib.
Digər sızıntılardan məlumdur ki, komponentlərin və rüsumların bahalaşması səbəbindən S26 Ultra modelinin qiyməti ən azı 50–100 dollar arta bilər. Digər modellərin qiymətlərinin isə “iPhone 17” ilə rəqabət aparmaq üçün əvvəlki səviyyədə saxlanacağı gözlənilir.
Eyni zamanda, “Galaxy S26 Ultra” uzun müddətdir gözlənilən simli enerji yığma sürətinin artırılması, yeni ekran və təkmilləşdirilmiş teleobyektiv əldə edəcək. Baza modellər isə xüsusiyyətlərinə görə hazırkı cihazlardan ciddi şəkildə fərqlənməyəcək.
Xatırladaq ki, dekabrın əvvəlində “Samsung” üç ekranlı ilk smartfonunu təqdim etmişdi. Bu model qlobal bazarda 2026-cı ilin əvvəlində satışa çıxacaq.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGizlilik baxımından ən təhlükəli veb-brauzerlər - SİYAHI
22.12.2025"OpenAI" "ChatGPT"nin ünsiyyət üslubunu fərdiləşdirilə bilən etdi
22.12.2025Orxan Nəzərli özünə 2 yeni müşavir təyin etdi
22.12.2025İndi alınması məsləhət görülən ən yaxşı AI kriptovalyutası
22.12.2025Bayramda kiçik bizneslər üçün böyük fürsətlər var - Forbes
22.12.2025“Azərbaycan Dəmir Yolları” ötən ili 1.8 milyard manat zərərlə başa vurub
22.12.2025Dövlət Xidmətində iki yeni təyinat
22.12.2025Çin Rusiyadan qızıl alır: Noyabr ayı satışları tarixi rekord qırıb
22.12.2025"Samsung" "Galaxy S26"nın təqdimatını təxirə salır - Qiymət artacaq
22.12.2025Direktor müavini təyin edildilər
22.12.2025Atalıq məzuniyyətinin müddəti və ödənişi necə hesablanacaq? - Vacib Detallar
22.12.2025İnsan resursları üzrə startap 500 min dollar investisiya aldı
22.12.2025