"Nissan" 7 zavodunu bağlayacaq və 20 min iş yerini ixtisar edəcək

Redaktor

13.05.2025 17:08
239

"Nissan" 7 zavodunu bağlayacaq və 20 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" şirkəti xərcləri azaltmaq məqsədilə dünya üzrə yeddi zavodunu bağlayacaq və 20 min nəfəri işdən azad edəcək. Bu addımlar genişmiqyaslı struktur islahatlarının tərkib hissəsi olaraq həyata keçiriləcək.

Valyuta.az "The Independent" nəşrinə istinadən xəbər verir ki, islahatların 2027-ci ilə qədər başa çatdırılması planlaşdırılır. 

Hazırda dəqiq olaraq hansı ölkələrdə və vəzifələrdə ixtisarların aparılacağı açıqlanmasa da, ümumilikdə bu dəyişikliklər "Nissan"ın əməkdaşlarının təxminən 15 faizinə təsir edəcək. Hazırda şirkətin İngiltərənin Sanderlend şəhərində yerləşən zavodunda 6 minə yaxın insan çalışır.

Şirkətin bəyanatında bildirilib ki, bu dəyişikliklər "daha qənaətcil və dayanıqlı biznes modelinin" formalaşdırılmasına xidmət edəcək. Eyni zamanda, "Nissan" ABŞ prezidenti Donald Trampın ABŞ-a idxal edilən avtomobillərə 25 faiz rüsum tətbiq etmə planlarının da şirkətin fəaliyyətinə təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

2024-cü ilin dekabr ayında Yaponiyanın iki avtomobil nəhəngi - "Nissan" və "Honda" - birgə holdinq şirkəti yaratmaq məqsədilə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb. Bu prosesin 2026-cı ilin avqustuna qədər yekunlaşdırılması planlaşdırılır.

Yeni yaradılacaq şirkətdə aparıcı tərəf "Honda" olacaq. Şirkət rəhbər postların əksəriyyətini təyin etmək hüququna sahib olacaq və holdinqin prezidenti də "Honda" tərəfindən təyin ediləcək. Holdinq qurulduqdan sonra yalnız onun səhmləri Tokio birjasında ticarətə buraxılacaq, "Honda" və "Nissan"ın mövcud səhmləri isə açıq bazardan çıxarılacaq.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

AYNA yollarda nişanlanma işləri planlaşdırır - 30 milyonluq layihə

03.03.2026

Mərkəzi Bankın beynəlxalq ehtiyatları 555 milyon dollar artıb

03.03.2026

Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın

03.03.2026

“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə

03.03.2026

Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur

03.03.2026

"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

03.03.2026

Elektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib

03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu

Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu ®

03.03.2026

Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib - Fotolar

03.03.2026

İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb

03.03.2026

Magistraturaya qəbul imtahanının ikinci cəhdinin keçiriləcəyi tarix məlum olub

03.03.2026

İstilik enerjisi və ictimai nəqliyyat üzrə yeni təkliflər irəli sürülüb

03.03.2026

Banklara dollarla daha çox əmanət yerləşdirən iqtisadi rayonlar - SİYAHI

03.03.2026
“SAĞLAM AİLƏ”-yə yeni direktor təyin edilib

“SAĞLAM AİLƏ”-yə yeni direktor təyin edilib

03.03.2026

“ChatGPT”nin Azərbaycanda bazar payı açıqlandı

03.03.2026

16 ildir fəaliyyət göstərən bağça bağlandı

03.03.2026

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

03.03.2026

Ən çox nağd vəsaitə malik şirkətlər açıqlanıb - SİYAHI

03.03.2026

“Atəşgah" Sığortanın illik yığımları 1 milyon manatdan çox azalıb

03.03.2026

Nazir İradə Xəlilovaya vəzifə verdi

03.03.2026

Məzənnə

Yüklənir...