Redaktor
"Linkedin" süni intellektlə vakansiya axtarışını asanlaşdıracaq
"Linkedin" yeni süni intellekt alətləri ilə iş axtaranlara daha uyğun vakansiyalar təklif edəcək.
Valyuta.az xəbər verir ki, "Linkedin" platforması yeni süni intellekt əsaslı funksiyalar təqdim edib. Bu alətlər istifadəçilərə sadə dildə yazdıqları ifadələrlə uyğun vakansiyaları tapmaq imkanı yaradır. Artıq açar sözlər və dəqiq vəzifə adları tələb olunmur.
Məlumata, görə, şirkətin karyera məhsulları üzrə rəhbəri Rohan Raciv bildirib ki, məsələn, “video oyunları sahəsində tərəfdaşlıq rolları” yazıldıqda, sistem hətta bu terminlər vakansiya mətnində olmasa belə müvafiq vakansiyaları təqdim edir
Yeni “job match” funksiyası istifadəçinin profilini vakansiya ilə müqayisə edərək uyğunluq dərəcəsini göstərir və zəif tərəfləri vurğulayır. Məsələn, süni intellekt HTML kimi bacarıqları istifadəçi profilində qeyd olunmasa belə kontekstdən anlayır.
"Linkedin"in məlumatına görə, hazırda platformada 15 milyondan çox iş elanı var və hər dəqiqə 11 min istifadəçi iş müraciəti edir. Son araşdırmalara əsasən, HR komandaları gündə 3–5 saat ərzində müraciətləri incələyir, lakin onların yarıdan azı vakansiya tələblərinə cavab verir.
Bu yeniliklər "Linkedin"in 20 illik iş təcrübəsinə və böyük verilənlər bazasına əsaslanaraq AI texnologiyası ilə daha effektiv iş uyğunluğu təmin etməyi hədəfləyir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Berkshire Hathaway”in nağd vəsaiti 400 milyard dollara yaxınlaşır
28.06.2026“Amazon” Hindistana əlavə 13 milyard dollar sərmayə qoyacaq
27.06.2026AİB Azərbaycanı da əhatə edən özəl sektor layihəsini nəzərdən keçirir
27.06.2026Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb
27.06.2026NBA tarixində ən bahalı 8 müqavilə
27.06.2026Avropada tanınan 15 məşhur geyim brendi
27.06.2026Dünyanın ən lüks biznes otelləri
27.06.2026"Starlink" tamhüquqlu mobil operator olmağı planlaşdırır
27.06.2026Biznesdə insanlararası ünsiyyət bacarıqları niyə vacibdir?
27.06.2026Uğurlu insanların 15 əsas xüsusiyyəti
27.06.2026Dünyanın 10 lüks saat brendi
27.06.2026