Redaktor
"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)
Yeni yayımlanan bir video başdan aşağı yenidən dizayn ediləcəyi deyilən iOS 19-un necə görünə biləcəyinə dair əhəmiyyətli ipucları təqdim edə bilər.
Valyuta.az xəbər verir ki, aylarla davam edən iOS 19 dizayn yenilikləri barədə ziddiyyətli söz-söhbətlərdən sonra, bu həftənin əvvəlində yayılan bir iddia nəhayət ki, bu qarışıqlığa aydınlıq gətirə bilər.
Bir neçə həftə öncə "Front Page Tech" adlı texnologiya kanalı "Apple"ın 2025-ci il üçün planlaşdırdığı iOS 19 yeniləməsinə dair "xüsusi ilkin baxış" təqdim etdiklərini iddia edən bir video paylaşmışdı. Bu paylaşımın ardınca "Bloomberg"in tanınmış texnologiya jurnalisti Mark Qurman sosial şəbəkədə bu görüntülərin "çox köhnə test versiyalarına və ya qeyri-müəyyən məlumatlara" əsaslandığını bildirib.
"Front Page Tech" kanalı Qurmanın bu açıqlamasına dərhal reaksiya verməsə də, daha sonra əlavə detallarla yeni bir video təqdim edib. Kanalın aparıcısı Con Prosser Qurmanın açıqlamasından sonra sızdırılan iOS 19 versiyasını yenidən incələdiyini və bir sıra maraqlı dəyişikliklərə rast gəldiyini söyləyib.
Prosserə görə, simvollar üzərinə tıklandıqda onların forması dəyişir. Bu simvollar "visionOS"dakı tətbiq ikonlarına bənzər şəkildə daha yumşaq künclərə sahib, lakin tamamilə dairəvi olmayan formaya çevrilir.
iOS 19-da müşahidə edilən digər yeniliklər:
* Telefona hərəkət verdikcə ekran elementlərinin parıldaması,
* Nəzarət mərkəzindəki parlaqlıq və səs çubuqlarının daha yumru formaya malik olması,
* Apple-ın daxili tətbiqlərinin alt hissəsində yeni animasiyalı sekmələr,
* Mesajlar tətbiqinin alt hissəsində əlavə edilmiş axtarış sahəsi,
* Ayarlar tətbiqində isə incə vizual dəyişikliklər.
Kamera tətbiqinə yeni funksiya
"Front Page Tech" iddiasına görə, iOS 19 ilə birlikdə Kamera tətbiqinə yeni bir funksiya əlavə olunacaq. Con Prosser bildirir ki, "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" modelləri eyni anda həm ön, həm də arxa kamera ilə video çəkməyə imkan verəcək.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025