Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Redaktor

08.04.2025 20:39
301

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

“Pew Research” mərkəzinin ötən ay dərc etdiyi genişmiqyaslı sorğusuna əsasən, süni intellektin sürətli inkişafı nəticəsində ən böyük risk altında olan peşələr “kassirlər”, “jurnalistlər” və “zavod işçiləri”dir.

Valyuta.az xəbər verir ki, sorğu 2023 və 2024-cü illərdə süni intellekt sahəsinə həsr olunmuş 21 beynəlxalq konfransda iştirak edən 1 000-dən çox mütəxəssis və ABŞ ərazisində yaşayan 5 min 400-dən çox vətəndaş arasında aparılıb.

Həm Sİ mütəxəssisləri, həm də ictimaiyyət bu peşələrin yaxın 20 ildə süni intellekt texnologiyaları tərəfindən əvəzlənəcəyini düşünür. Mütəxəssislərin 73 faizi “kassir”, 60 faizi “jurnalist”, ictimaiyyətin isə 67 faizi “zavod işçiləri” peşələrinin təhlükə altında olduğunu bildirib.

Kassirlər: avtomatlaşdırmanın ön cəbhəsində

“Kassir” peşəsi avtomatlaşdırmanın ən açıq təsir etdiyi sahələrdən biridir. Böyük pərakəndə satış şəbəkələri artıq kütləvi şəkildə özünəxidmət kassaları və mobil ödəniş sistemlərinə keçid edir. ABŞ-da 2024-cü ilin sonunda aparılan araşdırmalara əsasən, bu ölkədə böyük ticarət obyektlərinin 65 faizi ən azı bir filialında tam avtomatlaşdırılan kassalardan istifadə edir. 

Jurnalistlər: süni intellektin media sektoruna təsiri artır

“Jurnalistika” sahəsi də avtomatlaşdırmanın təsirindən kənarda qalmayıb. “OpenAI”, “Google” və “Microsoft” kimi şirkətlər tərəfindən hazırlanan alqoritmlər artıq xəbər mətnləri yazmaq, başlıqlar formalaşdırmaq və redaktə işlərini yerinə yetirmək gücünə malikdir. “Reuters Institute”un 2024-cü il hesabatına görə, media orqanlarının 28% xəbər hazırlanması prosesində Sİ alətlərindən istifadə edir. Hazırda bu texnologiyalar əsasən gündəlik, şablon tipli xəbərlərin yaradılmasında tətbiq olunsa da, gələcəkdə analitik və araşdırma yönümlü məqalələrə də şamil edilə biləcəyi ehtimal olunur.

Zavod işçiləri: robotların daha ağıllı mərhələsi

“Zavod işçiləri” üçün risklər təkcə avtomatlaşdırma ilə deyil, həm də süni intellektin sənaye robot texnologiyalarına inteqrasiyası ilə artmaqdadır. “Boston Consulting Group”un 2023-cü ildə yayımladığı hesabatda qeyd olunur ki, inkişaf edən sənaye ölkələrinin istehsal müəssisələrinin 55% artıq Sİ əsaslı robot sistemlərindən istifadə edir. Bu robotlar yalnız fiziki əməliyyatları yerinə yetirmir, həm də istehsal keyfiyyətinə nəzarət, nasazlıqların aşkarlanması və proseslərin optimallaşdırılması kimi funksiyaları yerinə yetirir.

Ekspertlər: texnologiya ilə bərabər sosial hazırlıq da vacibdir

“Pew Research”in tədqiqatlar üzrə direktor müavini Ceff Qotfrid bildirir ki, “bütün tərəflərin - həm texnologiya istehsalçılarının, həm siyasətçilərin, həm də cəmiyyətin bu dəyişikliklərə hazır olması vacibdir”. Ekspertlər qeyd edir ki, süni intellektin əmək bazarına təsiri yalnız risklərdən ibarət deyil. Yeni texnologiyalar yeni iş sahələrinin və peşələrin yaranmasına da yol açacaq. “Süni intellekt etikası”, “məlumat idarəçiliyi”, “alqoritm nəzarəti” və “süni intellekt əsaslı dizayn” kimi sahələr gələcəyin peşələri arasında göstərilir.

Maya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

AYNA yollarda nişanlanma işləri planlaşdırır - 30 milyonluq layihə

03.03.2026

Mərkəzi Bankın beynəlxalq ehtiyatları 555 milyon dollar artıb

03.03.2026

Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın

03.03.2026

“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə

03.03.2026

Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur

03.03.2026

"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

03.03.2026

Elektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib

03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu

Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu ®

03.03.2026

Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib - Fotolar

03.03.2026

İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb

03.03.2026

Magistraturaya qəbul imtahanının ikinci cəhdinin keçiriləcəyi tarix məlum olub

03.03.2026

İstilik enerjisi və ictimai nəqliyyat üzrə yeni təkliflər irəli sürülüb

03.03.2026

Banklara dollarla daha çox əmanət yerləşdirən iqtisadi rayonlar - SİYAHI

03.03.2026
“SAĞLAM AİLƏ”-yə yeni direktor təyin edilib

“SAĞLAM AİLƏ”-yə yeni direktor təyin edilib

03.03.2026

“ChatGPT”nin Azərbaycanda bazar payı açıqlandı

03.03.2026

16 ildir fəaliyyət göstərən bağça bağlandı

03.03.2026

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

03.03.2026

Ən çox nağd vəsaitə malik şirkətlər açıqlanıb - SİYAHI

03.03.2026

“Atəşgah" Sığortanın illik yığımları 1 milyon manatdan çox azalıb

03.03.2026

Nazir İradə Xəlilovaya vəzifə verdi

03.03.2026

Məzənnə

Yüklənir...