"Goldman Sachs" qızılın 5000 dollara qədər bahalaşması üçün şərti açıqladı

Redaktor

04.09.2025 22:40
378

"Goldman Sachs" qızılın 5000 dollara qədər bahalaşması üçün şərti açıqladı

"Goldman Sachs Group Inc." analitiklərinin fikrincə, qızılın qiyməti 1 unsiya üçün 5000 dollara (1 qram üçün 160 dollardan çox) çata bilər. Bu artım ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi pozulduğu halda mümkün olacaq. Belə ssenaridə investorlar xəzinə istiqrazlarından az da olsa vəsaiti qızıla yönəldə bilərlər.

Valyuta.az xəbər verir ki, "Bloomberg"in yazdığına görə, bu il qızıl əsas xammal malları arasında ən çox gəlir gətirənlərdən biri olub və qiyməti 30 faizdən çox artıb.

Analitik Samanta Dart bildirib:

"FED-in müstəqilliyinin pozulması inflyasiyanın artmasına, səhmlərin və uzunmüddətli istiqrazların ucuzlaşmasına, dolların ehtiyat valyuta statusunun zəifləməsinə səbəb ola bilər. Bunun əksinə olaraq, qızıl institusional etimaddan asılı olmayan yığım vasitəsidir".

Banka görə, metal üçün bir neçə ssenari mümkündür:

* baza proqnozu – 2026-cı ilin ortalarınadək 1 unsiya üçün 4000 dollar (qramı 129 dollar);
* "qalıq risk" ssenarisi – 4500 dollar (qramı 145 dollar);
* 1% ABŞ xəzinə istiqrazlarının özəl bazarının qızıla yönəldilməsi halında – 5000 dollar (qramı 160 dollardan çox).

"Əgər ABŞ xəzinə istiqrazlarının özəl bazarının cəmi 1%-i qızıla keçsə, qiymət 1 unsiya üçün 5000 dollara yaxınlaşacaq. Digər amillər dəyişməz qalarsa, qızıl bizim üçün uzunmüddətli perspektivdə ən inandırıcı xammal tövsiyəsi olaraq qalır", deyə "Goldman Sachs" analitikləri vurğulayıb.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Rabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə sazişi imzalayıb.” ®

18.06.2026

Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

18.06.2026

Azərbaycan nefti cüzi ucuzlaşdı

18.06.2026

Banklar avtokredit üçün nə qədər ilkin ödəniş tələb edir? - CƏDVƏL

18.06.2026

Prezident İlham Əliyev Bakıda açılış mərasimində iştirak edir

18.06.2026
"Pis rəhbər işçinin karyerasını məhv edə bilər"

"Pis rəhbər işçinin karyerasını məhv edə bilər"

18.06.2026
Popkorn əvvəl qapıdan qovuldu, sonra kinonun simvoluna çevrildi

Popkorn əvvəl qapıdan qovuldu, sonra kinonun simvoluna çevrildi

18.06.2026

FES baza faiz dərəcəsini 3,5-3,75% səviyyəsində saxlayıb

17.06.2026

"Citigroup" Trampın hesabları ilə bağlı qanunsuz işdən çıxarmada ittiham olunur

17.06.2026

"SpaceX"dan böyük addım- "Anysphere"i 60 milyard dollara alır

17.06.2026

Azərbaycanın Xorvatiyaya neft ixracı 60%-dən çox azalıb

17.06.2026

“Azərişıq” 13,4 milyon manatlıq tender elan edib

17.06.2026

Bakıda 50 milyon dollarlıq saziş imzalandı

17.06.2026

Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək

17.06.2026

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb ®

17.06.2026

Uzaqdan iş modelləri yay aylarında kibertəhlükəsizlik risklərini artırır

17.06.2026

Dünya hava limanlarının reytinqi açıqlandı - SİYAHI

17.06.2026

Azərbaycanda işəgötürənlər işçilərə səhm verə biləcəklər

17.06.2026

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

17.06.2026

Azərbaycana gəlsələr, 20 il vergi verməyəcəklər

17.06.2026

Məzənnə

Yüklənir...