Redaktor
EBRD Azərbaycana 100 milyon dollar ayrılmasını təsdiqləyib
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda "Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi" proqramı (Green Economy Financing Facility - GEFF) üçün 100 milyon ABŞ dolları (təxminən 85,6 milyon avro) ayrılmasını təsdiqləyib.
GEFF seçilmiş yerli maliyyə institutları (PFI) vasitəsilə "yaşıl maliyyələşdirmə"ni dəstəkləməyə yönəlmiş beşillik layihədir.
Bankın açıqlamasına əsasən, cəlb edilən vəsait enerji səmərəliliyi, bərpa olunan enerji, resurslardan səmərəli istifadə və iqlim dayanıqlığı sahəsində layihələr həyata keçirən özəl şirkətlərin maliyyələşdirilməsinə yönəldiləcək. GEFF proqramı Azərbaycanda "yaşıl maliyyələşdirmə" mexanizmlərinin tətbiqi üzrə pilot təşəbbüs olacaq və ölkənin dayanıqlı inkişafa keçidini dəstəkləyəcək.
"GEFF-in əsas məqsədi yerli maliyyə institutlarını pərakəndə müştərilərə, kiçik və orta biznesə, eləcə də korporativ borcalanlara ekoloji yönümlü kreditlər verməkdə dəstəkləməkdir", - EBRD-nin məlumatında qeyd olunub.
Proqram çərçivəsində tərəfdaş banklara və mikromaliyyə təşkilatlarına maliyyə və texniki dəstək göstəriləcək, onların institusional potensialını gücləndirmək, "yaşıl kreditləşmə"nin genişlənməsinə mane olan amilləri aradan qaldırmaq hədəflənir. Xüsusi diqqət kişi və qadınların "yaşıl maliyyələşdirmə" imkanlarına bərabər çıxışına yönəldiləcək.
Bankın açıqlamasına əsasən, layihə, xüsusilə COP29-un 2024-cü ilin noyabrında Bakıda keçirilməsindən sonra Azərbaycanın "yaşıl iqtisadiyyat"a artan marağını nəzərə alır. Proqram özəl sektorda "yaşıl texnologiya" və xidmətlərin tətbiqinə dəstək verəcək, həmçinin ölkənin maliyyə sisteminin transformasiyasını təşviq edəcək.
GEFF çərçivəsində borcalanlar "yaşıl kreditləşmə"ni inkişaf etdirməyə hazır olan banklar, mikromaliyyə və lizinq şirkətləri olacaq. Son benefisiarlar isə kiçik və orta sahibkarlar, korporativ müştərilər və ev təsərrüfatları kimi çıxış edəcəklər.
Proqramın strukturuna 3 milyon ABŞ dollarına qədər (2,8 milyon avro) texniki yardım paketi daxildir. Buraya layihənin idarə edilməsi, yeni maliyyə məhsullarının hazırlanması, marketinq və təlimlər daxildir. Bundan əlavə, əldə olunan nəticələrə əsasən maliyyə vasitəçilərinə ödənişlər üçün 4 milyon ABŞ dollarına qədər (3,4 milyon avro) güzəştli maliyyələşdirmə nəzərdə tutulur.
EBRD-nin məlumatına görə, 2025-ci il sentyabrın 30-na bankın Azərbaycandakı cari kredit portfelinin dəyəri 948 milyon avro təşkil edib. Portfelin 89 %-i (842 milyon avro) davamlı infrastrukturun, 6 %-i (56 milyon avro) maliyyə sektorunun və 5 %-i (49 milyon avro) korporativ sektorun inkişafına yönəldilib.
©Report
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Xarici valyutada kreditlər üzrə faizlər bir ildə necə dəyişib?
03.03.2026Neftimizin qiyməti 7 dollara yaxın bahalaşıb
03.03.2026Rubl və avro dəyər itirir
03.03.2026Məzuniyyət haqqının hesablanması dəyişməyib: 2026-cı il ilə bağlı yayılan yanlış məlumatlara aydınlıq
03.03.2026Pul haradan yaranıb? - SƏHƏR OXUSU
03.03.2026Uorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026