Redaktor
Peşə təhsilinə 82.2 milyon manat ayrıldı
Bu il dövlət büdcəsindən peşə təhsilinə 82.2 milyon manat vəsait ayrılıb.
Valyuta.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda müzakirə zamanı açılış nitqində deyib.
Agentlik sədri həmçinin vurğulayıb ki, 2020-ci ildən bəri peşə təhsilinə qəbulda 60 faiz artım qeydə alınıb: "Ölkəmizdə 2022-2026-cı illər üçün sosial iqtisadi inkişaf, birinci qayıdış planı çərçivəsində təhsillə bağlı keçirilən tədbirlərdə peşə təhsilinin inkişafına xüsusi yer ayrılıb.
Peşə təhsilinin inkişafı iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaq üçün vacibdir. Bu həm sahibkarlar, həm təhsil sistemi və cəmiyyət üçün önəmlidir".
Qeyd edək ki, müzakirələrin əsas məqsədi tikinti sektorunda işəgötürənlərin peşə təhsil müəssisələri ilə əməkdaşlığının inkişaf etdirilməsi, özəl sektorun təhsil prosesində aktiv iştirakının təmin edilməsindən ibarət olub. Peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqların artırılmasıdır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025