Redaktor
Bakı limanında 3 milyonu aradan çıxardılar
Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, general Cəbrayıl Usubovun oğlu Fərid Usubov və digər şəxslərin qəfil həbsi ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.
Valyuta.az xəbər verir ki, “Qafqazinfo” cinayət hadisəsinin ictimaiyyətdə maraq doğuran səbəblərini öyrənə bilib. Əldə etdiyimiz məlumata görə, cinayət işlərinin başlanmasına əsas Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən ərazidə şübhəli hərəkətlər barədə Dövlət Gömrük Komitəsinə daxil olmuş əməliyyat məlumatları olub.
Məlumatla əlaqədar keçirilən əməliyyat zamanı deyilən ünvanda bir neçə yük avtomobilində 1 milyon 700 min manatdan artıq qiyməti olan 962 min 98 qutu aksiz markası olmayan tütün məmulatları aşkar edilib.

Bundan xəbər tutan qaçaqmalçı dəstə üzvləri aşkar olunmayan digər iki konteynerdəki dəyəri 3 milyon manatdan çox olan siqareti ölkədən təcili çıxarmağa cəhd ediblər. Onların bu planı isə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir neçə əməkdaşının köməkliyi ilə reallaşıb. “Tütün mafiyası” dəniz yolu ilə gətirdikləri qaçaqmalı eyni qaydada geri qaytara bilib.
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir sıra əməkdaşının qanunsuzluğu nəticəsində 5 milyonluq qaçaqmalçılıq gömrük sistemində geniş rezonans doğurub. Elə bir neçə gün əvvəl limanın tabe olduğu Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi general-mayor Həsən Eyyubov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

DGK-nin İstintaq İdarəsində başlanmış cinayət işi materialları sonradan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
İstintaqla müəyyən edilib ki, mütəşəkkil dəstə halında birləşən şəxslər tütün məmulatlarını Birləşmiş Ərəb Əmirliklərindəki şirkətlərin birindən alıblar. Yüklər əvvəlcə İrana, oradan isə gəmi ilə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına gətirilib.
Qaçaqmal Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına çatana qədər artıq buradakı plan hazır olub. Razılaşmaya əsasən, həmin vaxt limanda növbədə olan vəzifəli gömrükçülər öz qulluq mövqelərindən istifadə edərək siqaretlərin bəyan edilmədən ölkəyə keçirilməsinə şərait yaradıblar. Yük dolu konteynerlər heç bir yoxlama olmadan liman ərazisindən çıxarılıb, sərbəst şəkildə Türkan qəsəbəsində mütəşəkkil dəstənin icarəyə götürdüyü sahəyə aparılıb.
Sözügedən cinayət hadisəsi ilə bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov və Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubovdan əlavə, cinayətin törədilməsinə şərait yaratmaqda şübhəli bilinən Heydər Eyvazov, Fariz Məhərrəmov, Rövşən Tarverdiyev FiruzƏliyev də Zaur Haşımov və Fərrux Haqverdiyev də həbs edilib. İki nəfər isə axtarışa verilib.
Hazırda cinayət işində iştirakları şübhə doğuran digərlərinin şəxsiyyətinin müəyyən edilməsi üçün prokurorluqda araşdırma gedir. İlkin istintaq müddəti fevral ayının sonuna qədər təyin edilib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÇin çip istehsalçısı ilk ticarət günündə 690 faiz artım göstərdi
17.12.2025İKZF-nin 68 milyonluq mənzil aldığı "Maksimus" MKT kimindir?
17.12.2025Bir Bonus lotereyasının qalibləri bəlli oldu ®
17.12.2025Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam
17.12.2025Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
17.12.2025"Bibiheybət" Gəmi Təmiri Zavodunun portfeli "Bakı Gəmiqayırma Zavodu"na ötürülür
17.12.2025“Binance” Azərbaycanda rəqəmsal maliyyə sahəsində təhsil təşəbbüslərini gücləndirir
17.12.2025DGK “Biləsuvar” gömrük postunda yaranan gecikməyə münasibət bildirib
17.12.2025Bu ölkə ildə 4 dəfə vətəndaşlarına 200 dollar verəcək
17.12.2025
Fəaliyyətini dayandıran şirkətlərin bazara qayıtması niyə çətin olur?
17.12.2025Bakı limanında 3 milyonu aradan çıxardılar
17.12.2025Azərbaycanın bu rayonlarında neft axtarılacaq
17.12.2025Siqaret qaçaqmalçılığı: Gəmi kapitanı və daha iki nəfər həbs edildi
17.12.2025Bulvar idarəsinin sabiq sədri məhkəmə istintaqının tez yekunlaşmasını xahiş edib
17.12.2025Bu il Azərbaycanda 1400-dən çox xarici investisiyalı şirkət qeydiyyatdan keçib
17.12.2025Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr - Siyahı
17.12.20252026-cı ildə tətili üçün üçün Avropanın ən ucuz 10 şəhəri - SİYAHI
17.12.2025