Redaktor
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol sosial təsir layihələri çərçivəsində Azərbaycanda inklüzivliyi təşviq edir və əlilliyi olan şəxslərin məşğulluğunu dəstəkləməyə davam edir. Şirkət Bakının ilk və yeganə inklüziv kafesi olan “Kashalata”ya davamlı dəstək verməklə neyromüxtəlifliyə malik gənclərin cəmiyyətə sosial inteqrasiyasını təşviq edir.
“Kashalata” kafe iki il əvvəl Birgə və Sağlam İctimai Birliyi tərəfindən təsis edilib və Trendyol, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR və PAŞA Holding tərəfindən davamlı şəkildə dəstəklənir.
Trendyol, ‘’Kashalata’’ kafeyə dəstək proqramı çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyi ilə birgə kafedə sosial inklüzivliyin təşviqi, əlilliyi olan şəxslər üçün iş imkanlarını genişləndirmək, eləcə də valideynlərin rifahı və maarifləndirilməsinə dəstək məqsədilə keçirilən təşəbbüsə qoşulub.
Tədbir çərçivəsində “Stress menecmenti və dayanıqlılıq strategiyaları” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Sosial-pedaqoji inkişaf və sosial-psixoloji dəstək departamentinin əməkdaşları valideynlərin suallarını cavablandırıb, müzakirələrdə iştirak ediblər.
Tədbirin bədii hissəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyinin üzvlərinin ifasında konsert proqramı təqdim olunub.
Üzeyir Hacıbəyli küçəsi 57 ünvanında yerləşən “Kashalata” kafedə hazırda 20 gənc çalışır. Onların bir qismi autizm spektr pozuntusu və digər neyromüxtəliflik xüsusiyyətlərinə malikdir. “Trendyol”un və ‘’PAŞA Holding’’in əsas biznes tərəfdaşlığı ilə fəaliyyət göstərən bu məkan ölkədə inklüziv məşğulluğun uğurlu nümunələrindən biri hesab olunur.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda bu şəxslərə pulsuz avtomobillər veriləcək
17.12.2025"Mercedes" zavodunda zirehli maşınlar istehsal olunacaq
17.12.2025Əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər azalıb
17.12.2025Çin çip istehsalçısı ilk ticarət günündə 690 faiz artım göstərdi
17.12.2025İKZF-nin 68 milyonluq mənzil aldığı "Maksimus" MKT kimindir?
17.12.2025Bir Bonus lotereyasının qalibləri bəlli oldu ®
17.12.2025Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam
17.12.2025Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
17.12.2025"Bibiheybət" Gəmi Təmiri Zavodunun portfeli "Bakı Gəmiqayırma Zavodu"na ötürülür
17.12.2025“Binance” Azərbaycanda rəqəmsal maliyyə sahəsində təhsil təşəbbüslərini gücləndirir
17.12.2025DGK “Biləsuvar” gömrük postunda yaranan gecikməyə münasibət bildirib
17.12.2025Bu ölkə ildə 4 dəfə vətəndaşlarına 200 dollar verəcək
17.12.2025