Redaktor
Çin çip istehsalçısı ilk ticarət günündə 690 faiz artım göstərdi
Çin çip və mikroçip istehsalçısı "MetaX Integrated Circuits" şirkətinin səhmləri Şanxay Fond Birjasında ticarətə başlayıb.
Valyuta.az xəbər verir ki, ticarətin ilk günündə şirkətin səhmləri 690% artaraq səhm başına 105 yuandan 829 yuana çatıb.
"MetaX"a investorların marağı şirkətin həmçinin süni intellekt texnologiyaları üçün qrafik emal qurğuları (GPU) istehsal etməsi ilə artır. Çində bu cür avadanlıqlara çıxış ABŞ-ın süni intellekt qrafik aparatları sahəsində qlobal lider olan "Nvidia"nın ixracına qoyduğu sanksiyalarla məhdudlaşıb. Bu fonda Çin hakimiyyəti bu yaxınlarda yerli istehsal olan süni intellekt çiplərini dövlət satınalma siyahısına əlavə edib.
Dekabrın əvvəlində bəzi media orqanlarının artıq "Çin Nvidia" adlandırdığı daha böyük Çin süni intellekt çip istehsalçısı "Moore Threads" da Şanxay Fond Birjasında yüksək uğurlu bir IPO keçirərək 1,1 milyard dollar cəlb edib. "Moore Threads" səhmləri ilk ticarət günündə təxminən 400% artıb.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda bu şəxslərə pulsuz avtomobillər veriləcək
17.12.2025"Mercedes" zavodunda zirehli maşınlar istehsal olunacaq
17.12.2025Əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər azalıb
17.12.2025Çin çip istehsalçısı ilk ticarət günündə 690 faiz artım göstərdi
17.12.2025İKZF-nin 68 milyonluq mənzil aldığı "Maksimus" MKT kimindir?
17.12.2025Bir Bonus lotereyasının qalibləri bəlli oldu ®
17.12.2025Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam
17.12.2025Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
17.12.2025"Bibiheybət" Gəmi Təmiri Zavodunun portfeli "Bakı Gəmiqayırma Zavodu"na ötürülür
17.12.2025“Binance” Azərbaycanda rəqəmsal maliyyə sahəsində təhsil təşəbbüslərini gücləndirir
17.12.2025DGK “Biləsuvar” gömrük postunda yaranan gecikməyə münasibət bildirib
17.12.2025Bu ölkə ildə 4 dəfə vətəndaşlarına 200 dollar verəcək
17.12.2025