Redaktor
2026-cı ildə tətili üçün üçün Avropanın ən ucuz 10 şəhəri - SİYAHI
Qlobal iqtisadiyyatda müşahidə olunan mənfi tendensiyalar artıq səyahətlərin bahalaşmasına gətirib çıxarır. Bu səbəbdən turistlər getdikcə daha çox büdcəli istiqamətlərə və istirahət formatlarına diqqət yetirməyə başlayırlar.
Valyuta.az xəbər verir ki, siti-breyk, yəni qısa müddətli şəhər istirahəti, məhdud büdcəsi olan turistlər üçün ən əlçatan səyahət variantlarından biri hesab olunur. Bu format loukoster aviaşirkətlərin ucuz reysləri ilə bir neçə günlüyünə başqa şəhərə getməyə və səfərin qısa olması hesabına xərcləri minimuma endirməyə imkan verir.
Britaniyanın “The Independent” nəşri 2026-cı ildə diqqət yetirilməli olan Avropanın büdcəli şəhər istirahəti üçün 10 ən yaxşı şəhərinin siyahısını tərtib edib.
Reytinq hazırlanarkən jurnalistlər “Numbeo”nun yaşayış xərcləri indeksini və “Skyscanner”in səyahət üçün ən ucuz aylarla bağlı tövsiyələrini təhlil ediblər.
Siyahının ilk pilləsində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo qərarlaşıb. Burada aviabiletlərin qiymətləri ən aşağı səviyyəyə qış aylarında düşür. Ekspertlər şəhərin xüsusilə qəhvəsevərlər üçün ideal olduğunu vurğulayırlar: yerli sakinlər günə cəzvədə bişirilmiş güclü bir fincan qəhvə ilə başlayırlar. Sarayevoda bir fincan qəhvənin orta qiyməti 1,62 funt sterlinq təşkil edir.
Şəhərdə dadılması tövsiyə olunan əsas yeməklər arasında çevapi kababı və bişmiş lonats var. Burada ucuz yeməklərin orta qiyməti 6,74 funt sterlinq civarındadır.
Bundan əlavə, turistlər şəhərin mürəkkəb tarixi ilə tanış olmaq üçün əsas görməli yerləri ziyarət edə bilərlər. Bunlara Osmanlı dövrünə aid Qazi Hüsrəv bəy məscidi (1,35 funt sterlinq), 1990-cı illərdəki mühasirəyə həsr olunmuş “Xilas tuneli” muzeyi (9 funt sterlinq) və Bosniyada və dünyada uşaqların müharibə təcrübəsini əks etdirən Müharibə uşaqlığı muzeyi (4,39 funt sterlinq) daxildir.
Daha yüngül əyləncələrə 9 funt sterlinqə kanat yolu ilə dağlara qalxmaq və ya Günbatımında Sarı qaladan aşağıdakı küçələri seyr etmək daxildir.
2026-cı ildə Avropada ən ucuz 10 şəhər:
1.Sarayevo, Bosniya və Herseqovina.
2.Sofiya, Bolqarıstan.
3.Braqa, Portuqaliya.
4.Buxarest, Rumıniya.
5.Krakov, Polşa.
6.Tirana, Albaniya.
7.Sevilya, İspaniya.
8.Budapeşt, Macarıstan.
9.Kataniya, İtaliya.
10.Saloniki, Yunanıstan.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÇin çip istehsalçısı ilk ticarət günündə 690 faiz artım göstərdi
17.12.2025İKZF-nin 68 milyonluq mənzil aldığı "Maksimus" MKT kimindir?
17.12.2025Bir Bonus lotereyasının qalibləri bəlli oldu ®
17.12.2025Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam
17.12.2025Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
17.12.2025"Bibiheybət" Gəmi Təmiri Zavodunun portfeli "Bakı Gəmiqayırma Zavodu"na ötürülür
17.12.2025“Binance” Azərbaycanda rəqəmsal maliyyə sahəsində təhsil təşəbbüslərini gücləndirir
17.12.2025DGK “Biləsuvar” gömrük postunda yaranan gecikməyə münasibət bildirib
17.12.2025Bu ölkə ildə 4 dəfə vətəndaşlarına 200 dollar verəcək
17.12.2025
Fəaliyyətini dayandıran şirkətlərin bazara qayıtması niyə çətin olur?
17.12.2025Bakı limanında 3 milyonu aradan çıxardılar
17.12.2025Azərbaycanın bu rayonlarında neft axtarılacaq
17.12.2025Siqaret qaçaqmalçılığı: Gəmi kapitanı və daha iki nəfər həbs edildi
17.12.2025Bulvar idarəsinin sabiq sədri məhkəmə istintaqının tez yekunlaşmasını xahiş edib
17.12.2025Bu il Azərbaycanda 1400-dən çox xarici investisiyalı şirkət qeydiyyatdan keçib
17.12.2025Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr - Siyahı
17.12.20252026-cı ildə tətili üçün üçün Avropanın ən ucuz 10 şəhəri - SİYAHI
17.12.2025