Redaktor
Azərbaycanda sahibkarlıqla bağlı yeni məhkəmələr yaradıla bilər - Gözləntilər nədir?
Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov konfrasda çıxışı zamanı bildirib ki, Azərbaycan hökuməti sahibkarlığa dair yeni ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdən keçirir.
Bu gün sahibkarları narahat edən digər məsələ isə dövlət qurumları ilə olan çəkişmələr, fikir ayrılığı və bunun nəticəsində hansısa icraatın baş verməsidir. Xüsusilə koronavirus (COVID-19) pandemiyasından sonra inzibati orqanlarla sahibkarlar arasında mübahisələr artıb. Prezidentin 2019-cu ildə imzaladığı fərmanla yaradılmış inzibati məhkəmələrin iş yükü də artıb", - deyə o qeyd edib.
PA rəsmisinin sözlərinə görə, hazırda inzibati məhkəmələr artıb, bu da keyfiyyətə də təsir edir:
"Bununla bağlı ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçirilir. Bizdə olan məlumata görə, inzibati məhkəmələrdə olan işlərin təxminən 40 %-ni vergi, sosial ödənişlər, gömrük mübahisələri təşkil edir. Bu yükün azaldılması üçün ola bilər ki, yeni ixtisaslaşmış vergi, sosial ödənişlər, gömrük mübahisələri ilə bağlı məhkəmələr yaradılsın. Sahibkarların fikri çox vacibdir”.
Yeni məhkəmələrin yaradılması sahibkarlara hüquqi müstəvidə hansı əlavə imtiyazlar və rahatlıqlar verə bilər?
Valyuta.az-ın sualını cavablandıram vəkil Əkrəm Həsənovun sözlərinə görə, burda söhbət kommersiya yox, məhz inzibati məhkəmələrdən gedir:
“Hazırda Azərbaycanda kommersiya məhkəmələri var və 5 ilə yaxındır fəaliyyət göstərir.
Bu gün Azərbaycanda ixtisaslaşmış hərbi, inzibati və kommersiya məhkəmələri var. Kommersiya məhkəmələri iki sahibkar arasındakı mübahisəli məsələlərə baxır. Mənə elə gəlir ki, bu sahədə heç bir dəyişiklik olmayacaq. İnzibati məhkəmələr isə dövlət orqanlarına qarşı olan məhkəmələrdi. Pensiya, vergi, əmlak, gömrüklə bağlı problemlər daxil olmaqla, istənilən dövlət orqanına qarşı iddia qaldırmaq olar”.
Hüquqşünas vurğulayıb ki, hazırda inzibati məhkəmələrdə dövlətə qarşı həm vətəndaşların, həm də sahibkarların şikayətlərinə baxırlar:
“Yaxşı olardı ki, sahibkarları ayırsınlar, onlar üçün ayrıca inzibati məhkəmələr olsun. Çünki vətəndaşlarla sahibkarlar arasında fərq böyükdür. Sahibkarların dövlət orqanları ilə mübahisələri vətəndaşların inzibati mübahisələrindən fərqlidir. Bakı şəhərində bir dənə inzibati məhkəmə var. Orda isə həm vətəndaşın, həm də sahibkarın istənilən şikayətinə baxılır. Sahibkarlıq isə spesifik sahə olduğu üçün onu ayırmaq yaxşı olardı. Onların probleminə daha tez baxılmalıdır”.
Əkrəm Həsənovun sözlərinə görə, bu gün sahibkarlar üçün ən böyük əngəl elə dövlət orqanlarıdır:
“Ona görə də imkan verilməlidir ki, sahibkarlar dövlət orqanlarına qarşı iddialarını ixtisaslaşmış məhkəmələrdə qaldırsın”.
Günay
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
10.03.2026Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi
10.03.2026Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri
10.03.2026“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi
10.03.2026Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq
10.03.2026
Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub? - CƏDVƏL
10.03.2026Bakıda 3 milyonluq abadlıq işləri aparılacaq
10.03.2026Uşaqlıq hobbisi milyardlıq startapa çevrildi
10.03.2026“Aramco” rəhbəri: Hörmüz boğazının bağlanması dünya neft bazarı üçün fəlakətli ola bilər
10.03.2026Prezident Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
10.03.2026
"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"
10.03.2026Sabah yağış yağacaq, külək əsəcək
10.03.2026Elektrikli hava taksiləri 26 ştatda uçuşlara başlayacaq
10.03.2026Ödəniş kartları ilə 11 mlrd. manatdan çox əməliyyatlar aparılıb
10.03.2026Azərbaycanda məşhur karqo şirkəti fəaliyyətini dayandırır
10.03.2026"İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər"
10.03.2026
"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"
10.03.2026Bakıda pərakəndə ticarət dövriyyəsi 3 milyard manatı keçib
10.03.2026