Redaktor
Azərbaycanda internetin sürət həddinin qaldırılması məsələsi müzakirə olunub
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) ölkəmizdə fəaliyyət göstərən telekommunikasiya operator və provayderləri ilə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin müzakirəsi aparılıb.
İKTA-dən “APA-Economics”a verilən məlumata görə, agentliyin sədri vəzifəsini icra edən Nail Mərdanov giriş sözü ilə çıxış edərək tənzimləyici mühitin formalaşması, tənzimləmə və nəzarət institutunun təkmilləşdirilməsinin zərurəti və əhəmiyyəti, bunun beynəlxalq reytinqlərə təsirinin əhəmiyyəti, həmçinin ölkəmizdə tənzimləmə sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Nail Mərdanov, eyni zamanda tənzimləyici qurum tərəfindən görülən işlər barəsində məlumatları diqqətə çatdırıb və İKTA tərəfindən internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilinin aparıldığını bildirib.
Daha sonra İKTA əməkdaşları tərəfindən internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi ilə bağlı təqdimat edilib. Bildirilib ki, təhlilin aparılmasında bir sıra beynəlxalq reytinq cədvəllərinin 60 indikatorundan istifadə edilib.
Qeyd edək ki, aparılan təhlil İKTA-nın internet resurslarında yerləşdirilib və ondan telekommunikasiya sahəsində fəaliyyət göstərən operator və provayderlərin nümayəndələri, ictimaiyyətin təmsilçiləri və ümumilikdə bu sahəyə maraq göstərən hər bir şəxs müvafiq predmet üzrə biznes bələdçisi kimi istifadə edə bilər.
Təqdimatdan sonra operator və provayderlərin nümayəndələri ilə müzakirələr aparılıb, onların rəy və təklifləri dinlənilib. Müzakirələrdə, həmçinin Azərbaycanda internetin sürət həddinin qaldırılması istiqamətində atılması zəruri olan məsələlər və dövlət-özəl tərəfdaşlığı imkanlarından da danışılıb. O cümlədən qeyd olunan məsələlər ətrafında mütəmadi fikir mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub.
İKTA bir daha rəsmi saytında yerləşdirilən təhlil ətrafında təkliflərə və müzakirələrə tam açıq olduğunu bəyan edir.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTramp Harvard Universitetindən 1 milyard dollar təzminat tələb edir
03.02.2026Bu kriptovalyuta Trampın adını daşıyacaq
03.02.2026Süni intellektə yönəlmə 25 illik proqram fəaliyyətinə son qoydu
03.02.2026İsrail və Azərbaycan memorandum imzaladı
03.02.2026Bakıda torpaq 15 faiz bahalaşacaq
03.02.2026Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib
03.02.2026"Təhlükəsiz liman": Hindistan süni intellektin cənnətinə çevrilir
03.02.2026Cənubi Koreya vergi səbəbindən milyonçularını itirir
03.02.2026Texnologiya nə qədər ağıllı olsa da, düzgün hekayə olmadan dəyərsizdir - onu necə qurmaq olar?
03.02.2026"ATF" "Göyçay" qum-çınqıl yatağını 7 000 manata aldı
03.02.2026Cəmi bir uğurlu filmə baxmayaraq, dünya üzrə ən varlı komediyaçı milyarder odur
03.02.2026İlon Mask "xAI" üçün kripto mütəxəssisi axtarır
03.02.2026İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ
03.02.2026Azərbaycanda saxta bank səhifələri yaradan hakerlər həbs edildi
03.02.2026“Pəncəli Ürəklər” sahibsiz heyvanlara dəstək aksiyası uğurla davam edir ®
03.02.2026Maksim Yevdokimov “Bir Ekosistem"də yeni vəzifəyə təyin olunub
03.02.2026Kredit sığortası ödənişlərində 16 minlik azalma
03.02.2026Hərbi prokurora yeni müavin təyin olundu
03.02.2026