Provayderlərə xəbərdarlıq edildi

Redaktor

28.02.2024 17:49
901

Provayderlərə xəbərdarlıq edildi

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi provayderlərə xəbərdarlıq edib.

Bu barədə  Agentlikdən məlumat verilib. Bildirilib ki, quruma istehlakçılar arasında əsassız məlumatları yaymaqla sui-istifadə hallarına yol verən bəzi provayderlərlə bağlı şikayətlər daxil olur. İKTA-ya daxil olan şikayətlərdən müəyyən edilir ki, rəqib internet provayderlərin əməkdaşları və onların xidmətlərinin satışı ilə məşğul olan şəxslər digər provayderlərin abunəçiləri ilə fərdi qaydada görüşərək onlara xidmət göstərən provayderin təsərrüfat fəaliyyəti haqqında həqiqətə uyğun olmayan şayiələr, o cümlədən həmin provayderin fəaliyyətinin dayandırılacağı, müflis olması, külli miqdarda borclarının olması və bu kimi rəqib provayderi nüfuzdan salan müştərinin çaşdırılması və aldadılmasına yönəlmiş hərəkətlər etməklə yanlış məlumatların yayılması halları müşahidə edilir.

Agentliyə daxil olan şikayətlərdə səslənən iddialara görə, bu hərəkətlərlə həmin internet provayderləri abunəçini rəqibin xidmətindən imtina etməyə sövq edərək öz tərəflərinə çəkmək məqsədi güdürlər. İKTA telekommunikasiya bazarında yaranmış bu cür qeyri-sağlam halların olmasından narahatdır və bəyan edir ki, internet provayderlər işgüzar münasibətlərini sağlam rəqabət və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurmalıdırlar. Belə haqsız sui-istifadə üsullarından istifadə yolverilməzdir.

Eyni zamanda tənzimləyici qurum bildirir ki, Azərbaycanda internet fəaliyyəti göstərən provayderlər İKTA tərəfindən uçota alınır və yalnız fəaliyyətini hər hansı formada dayandıran şirkətlərin uçotu ləğv olunur.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tramp Harvard Universitetindən 1 milyard dollar təzminat tələb edir

03.02.2026

Bu kriptovalyuta Trampın adını daşıyacaq

03.02.2026

Süni intellektə yönəlmə 25 illik proqram fəaliyyətinə son qoydu

03.02.2026

İsrail və Azərbaycan memorandum imzaladı

03.02.2026

Bakıda torpaq 15 faiz bahalaşacaq

03.02.2026

Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib

03.02.2026

"Təhlükəsiz liman": Hindistan süni intellektin cənnətinə çevrilir

03.02.2026

Cənubi Koreya vergi səbəbindən milyonçularını itirir

03.02.2026

Texnologiya nə qədər ağıllı olsa da, düzgün hekayə olmadan dəyərsizdir - onu necə qurmaq olar?

03.02.2026

"ATF" "Göyçay" qum-çınqıl yatağını 7 000 manata aldı

03.02.2026

Cəmi bir uğurlu filmə baxmayaraq, dünya üzrə ən varlı komediyaçı milyarder odur

03.02.2026

İlon Mask "xAI" üçün kripto mütəxəssisi axtarır

03.02.2026

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

03.02.2026

Azərbaycanda saxta bank səhifələri yaradan hakerlər həbs edildi

03.02.2026

“Pəncəli Ürəklər” sahibsiz heyvanlara dəstək aksiyası uğurla davam edir ®

03.02.2026

Maksim Yevdokimov “Bir Ekosistem"də yeni vəzifəyə təyin olunub

03.02.2026

Kredit sığortası ödənişlərində 16 minlik azalma

03.02.2026

Hərbi prokurora yeni müavin təyin olundu

03.02.2026
"Subway Azerbaijan"d​a yeni baş direktor təyinatı

"Subway Azerbaijan"d​a yeni baş direktor təyinatı

03.02.2026

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər

03.02.2026

Məzənnə

Yüklənir...