Redaktor
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir ®
Birbank-ın Yeni il lotereyasının bitməsinə çox az qalıb. Artıq 3 000 000-a yaxın Birbanklı lotereyanın əsas mükafatı olan mənzili və minlərlə hədiyyəni qazanmaq şansına sahibdir. Elə indicə bu fürsəti dəyərləndirməyin vaxtıdır.
17 noyabr 2025-ci il – 31 yanvar 2026-cı il tarixləri arasında keçirilən lotereyada iştirak etmək üçün sadəcə Birbank debet, Birbank taksit və Birbank Star kartları ilə ödəniş etmək yetərlidir.
Ümumilikdə 10 000 qalibin seçiləcəyi lotereyada 9 nəfər “iPhone 17 Pro”, 20 nəfər “Apple Watch SE2”, 40 nəfər “AirPods Pro”, 30 nəfər 500 AZN dəyərində səyahət paketi, 9900 nəfər isə müxtəlif sayda bonuslar qazanacaq. Lotereyanın superprizi olan Sea Breeze-də “Park Lane” yaşayış kompleksində yerləşən mənzilə isə 1 nəfər sahib olacaq.
Lotereyada iştirak üçün qeydiyyat tələb olunmur. Müvafiq əməliyyatlara görə biletlər avtomatik təyin olunur və müştərilər biletlərini Birbank mobil tətbiqində “Yeni il lotereyası” bölməsində izləyə bilərlər. Daha çox ödəniş daha çox şans deməkdir.
Birbanklılar mobil tətbiq daxilində tapşırıqları tamamlayaraq biletlərinin sayını daha da artıra bilərlər. Bunun üçün Birbank mobil tətbiqində “Bizdən sizə” bölməsinə daxil olaraq “Yeni il lotereyası”na keçmək lazımdır. Burada isə iştirakçıları əlavə biletlər qazandıran tapşırıqlar gözləyir. Birmarket-də alış-veriş isə biletlərin sayını 10 qat artırır. Lotereyada 18 yaşdan yuxarı bütün Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Qeyd edək ki, bir müştəri bir dəfə qalib ola bilər.
Qaliblər 23 fevral 2026-cı il tarixində Birbank-ın rəsmi sosial media kanallarında canlı yayım vasitəsilə təsadüfi üsulla seçiləcək.
Ətraflı məlumat üçün: www.b-b.az/nylpr/
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDövlət Xidməti: Sosial şəbəkələrdə ünvanlı sosial yardımların verilməsi ilə bağlı saxta məlumatlar yayılır
14.01.2026Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər
14.01.2026"Visa"və "Mastercard" kartlarının fərqi nədir?
14.01.2026Kriptovalyuta bazarı tənzimləmə və likvidlik arasında: 2025-ci il hansı siqnalları verir?
14.01.2026Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
14.01.2026ABŞ-dən sonra Rusiya da kriptovalyuta qanununu hazırladı
14.01.2026Hesablama Palatası: Qarabağda tikinti layihələrində artıq xərclər ixtisar edilib
14.01.2026“Azəriqaz” əlil ailəyə böyük məbləğdə cərimə yazdı – Məhkəmə borcu sildi
14.01.2026İnvestisiya üçün yeni, yoxsa köhnə tikilidən ev almaq sərfəlidir?
14.01.2026Azərbaycanda telefon alışı azalıb
14.01.202623 yaşlı Zaur 150-yə yaxın şəxsi belə aldadıb - Kiberpolisdən əməliyyat - Video
14.01.2026Azərbaycanda Prezident təqaüdü ilə bağlı müraciətlər artıb
14.01.2026Azərbaycanda bahalaşan məhsulların siyahısı açıqlandı
14.01.2026Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir ®
14.01.2026Azərbaycanda ötən il orta illik inflyasiya 6 %-ə yaxın olub
14.01.2026Bu BOKT yeni adda fəaliyyət göstərəcək
14.01.2026