Azərbaycanda telefon alışı azalıb

Redaktor

14.01.2026 13:50
52

Azərbaycanda telefon alışı azalıb

Azərbaycanda 2025-ci il ərzində texnoloji məhsulların alış strukturunda diqqətçəkən dəyişikliklər qeydə alınıb. Masaüstü kompüter, mobil telefon və planşetlər üzrə bazar paylarının bölgüsü istehlakçı davranışlarında fərqli tendensiyaların formalaşdığını göstərir.

Valyuta.az xəbər verir ki, son bir il ərzində mobil telefonların alışında azalma müşahidə olunub. Belə ki, mobil telefonlar iyun ayında 80,49% göstərici ilə ən yüksək səviyyəyə çatsa da, həmin dövrdə texnoloji alətlər arasında (noutbuk, planşet və mobil telefon) ikinci yerdə qərarlaşıb. İyun ayından sonra mobil telefonlara maraqda azalma tendensiyası başlayıb.

Bunun fonunda masaüstü kompüterlər il ərzində ən çox alınan texnoloji məhsullar sırasında yer alıb. Ümumilikdə masaüstü cihazların bazar payı 61,25% təşkil edib. Xüsusilə mobil telefon alışlarının zəiflədiyi dövrdən etibarən masaüstü kompüterlərə tələbat artmağa başlayıb. Ən yüksək göstərici isə dekabr ayında 62,02% səviyyəsində qeydə alınıb. Müşahidələrə görə, masaüstü kompüterlərin payı iyun ayından etibarən yüksələn xətt üzrə davam edib.

Planşetlər isə texnoloji məhsullar arasında ən az alınan cihazlar olub. Bu kateqoriyanın bazar payı ümumilikdə cəmi 0,33% təşkil edib ki, bu da planşetlərə tələbatın olduqca məhdud qaldığını göstərir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sosial şəbəkələrdə yayılan sosial yardım xəbərləri doğrudur? - Rəsmi açıqlama

14.01.2026

Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər

14.01.2026

"Visa"və "Mastercard" kartlarının fərqi nədir?

14.01.2026

Kriptovalyuta bazarı tənzimləmə və likvidlik arasında: 2025-ci il hansı siqnalları verir?

14.01.2026

Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib

14.01.2026

ABŞ-dən sonra Rusiya da kriptovalyuta qanununu hazırladı

14.01.2026

Hesablama Palatası: Qarabağda tikinti layihələrində artıq xərclər ixtisar edilib

14.01.2026

“Azəriqaz” əlil ailəyə böyük məbləğdə cərimə yazdı – Məhkəmə borcu sildi

14.01.2026

İnvestisiya üçün yeni, yoxsa köhnə tikilidən ev almaq sərfəlidir?

14.01.2026

Azərbaycanda telefon alışı azalıb

14.01.2026

23 yaşlı Zaur 150-yə yaxın şəxsi belə aldadıb - Kiberpolisdən əməliyyat - Video

14.01.2026

Azərbaycanda Prezident təqaüdü ilə bağlı müraciətlər artıb

14.01.2026

Azərbaycanda bahalaşan məhsulların siyahısı açıqlandı

14.01.2026

Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir ®

14.01.2026

Azərbaycanda ötən il orta illik inflyasiya 6 %-ə yaxın olub

14.01.2026

Bu BOKT yeni adda fəaliyyət göstərəcək

14.01.2026
Fərid Orucov bu vəzifəyə təyin olundu

Fərid Orucov bu vəzifəyə təyin olundu

14.01.2026

Ultra-zənginlər hansı banklara üstünlük verirlər?

14.01.2026

2026-cı ilin ən güclü pasportları açıqlandı

14.01.2026

Ağalı sakinləri üçün nəzərdə tutulan sosial yardımlar dayandırılır

14.01.2026

Məzənnə

Yüklənir...