Redaktor
“Azəriqaz” əlil ailəyə böyük məbləğdə cərimə yazdı – Məhkəmə borcu sildi
"Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhərində yaşayan bir ailəyə böyük məbləğdə cərimə yazılıb.
Valyuta.az Yurd.Media-ya istinadən xəbər verir ki, "Azəriqaz” Sumqayıt şəhəri, "Metallurq” küçəsi, 508 nömrəli fərdi evdə yaşayan Babaşovlar ailəsinə 1767 manat borc müəyyən edib.
Bu borcun silinməsi üçün Babaşovlar ailəsi Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib və "Azəriqaz”ı cavabdeh kimi göstəriblər.
Ev sahibi Əlizaman Babaşovun həyat yoldaşı qeyd edib ki, 1-ci qrup əlil əri Babaşov Əlzaman Ağasəlim oğlu və 1-ci qrup əlil oğlu Babaşov Rahib Əlizaman oğlu ilə birlikdə yaşayıb. Onun bildirdiyinə görə, əri ötən il yanvarın 11-də vəfat etdikdən sonra oğlu ilə birlikdə həmin ünvanda yaşamağa davam edib: "Evin bütün kommunal xətləri ərimin adına qeydiyyata alınıb. Ərim vəfat etdikdən sonra kommunal xətləri öz adıma keçirmək üçün "Azəriqaz”a müraciət etdim. Lakin abonent kodu üzrə 1767 manat borc məbləğinin olduğu qeyd olundu” – deyə şikayətçi bildirib.
Şikayətçi qadının sözlərinə görə, "Azəriqaz” tərəfindən yaşadıqları fərdi evdə sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə edilməsi müəyyən edilib: "Lakin həmin akt gözdən əlil ərim tərəfindən imzalanmayıb. Sayğacdan kənar əlavə xətt vəfat etmiş ərim tərəfindən çəkilməyib. Onun bundan xəbəri olmayıb. O, həmin aktı imzalamaqdan da imtina edib. Ərim vəfat etdikdən sonra evin bütün kommunal ödənişləri və digər işlər mənim tərəfimdən həyata keçirilib. Həmin borc məbləğindən məlumatım olmayıb. Həmçinin həmin məbləği ödəməyə də maddi imkanım yoxdur. Əlil oğluma təkbaşına baxıram və əlavə gəlir mənbələrim yoxdur”.
Qadın kommunal xərclərini hər zaman tam vaxtında ödədiyini deyib.
Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” qaz sərfiyyatına görə əsassız hesablanmış borc silinib. Bu qərardan cavabdeh tərəf apellyasiya şikayəti verib. Cavabdeh dövlət qurumu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini istəsə də Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda 1,7 milyonluq əmlak hərraca çıxarıldı
14.01.2026Azərbaycanda cəza çəkən 4 erməni Ermənistana təhvil verilib
14.01.2026Balababa Rzayev sabiq aparat rəhbərinə yeni vəzifə verdi - FOTO
14.01.2026Sosial şəbəkələrdə yayılan sosial yardım xəbərləri doğrudur? - Rəsmi açıqlama
14.01.2026Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər
14.01.2026"Visa"və "Mastercard" kartlarının fərqi nədir?
14.01.2026Kriptovalyuta bazarı tənzimləmə və likvidlik arasında: 2025-ci il hansı siqnalları verir?
14.01.2026Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
14.01.2026ABŞ-dən sonra Rusiya da kriptovalyuta qanununu hazırladı
14.01.2026Hesablama Palatası: Qarabağda tikinti layihələrində artıq xərclər ixtisar edilib
14.01.2026“Azəriqaz” əlil ailəyə böyük məbləğdə cərimə yazdı – Məhkəmə borcu sildi
14.01.2026İnvestisiya üçün yeni, yoxsa köhnə tikilidən ev almaq sərfəlidir?
14.01.2026Azərbaycanda telefon alışı azalıb
14.01.202623 yaşlı Zaur 150-yə yaxın şəxsi belə aldadıb - Kiberpolisdən əməliyyat - Video
14.01.2026Azərbaycanda Prezident təqaüdü ilə bağlı müraciətlər artıb
14.01.2026Azərbaycanda bahalaşan məhsulların siyahısı açıqlandı
14.01.2026Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir ®
14.01.2026Azərbaycanda ötən il orta illik inflyasiya 6 %-ə yaxın olub
14.01.2026Bu BOKT yeni adda fəaliyyət göstərəcək
14.01.2026