Hesablama Palatası: Qarabağda tikinti layihələrində artıq xərclər ixtisar edilib

Redaktor

14.01.2026 14:45
30

Hesablama Palatası: Qarabağda tikinti layihələrində artıq xərclər ixtisar edilib

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti üzrə aparılmış uyğunluq auditi nəticəsində aşkarlanmış maliyyə və idarəetmə nöqsanları tam aradan qaldırılıb.

Audit yoxlaması 2024-cü ilin yekunlarını əhatə edib.

Audit zamanı dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üçün ayrılmış vəsaitdən büdcə ilinin sonuna qalıqda qalmış 627 min 58,6 manatın 2024-cü il üzrə bağlanılmış müqavilələrin şərtlərinə uyğun olaraq faktiki ayrılmış vəsaitdən azaldıldığı müəyyən edilib.

Eyni zamanda, dövlət vəsaitindən qənaətlə istifadənin təmin edilməsi, layihə, smeta və müqavilə sənədlərində işlərin adlandırılmasında fərqli yanaşmanın aradan qaldırılması və gələcəkdə əlavə xərclərin qarşısının alınması məqsədilə Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisi layihəsi üzrə 12 yaşayış evi üçün 104 min 608 manat məbləğində qənaət müqavilə dəyərindən çıxarılıb. Bununla bağlı layihə-smeta sənədləri yenidən ekspertizadan keçirilib.

Həmin obyekt üzrə smeta sənədlərinə və müqaviləyə iş həcmlərindən artıq və təkrar daxil edilmiş xərclər, eləcə də eyni işlərin fərqli qiymətlərlə göstərilməsi nəticəsində 146 min 942,8 manat məbləğində artırılmış müqavilə dəyəri də azaldılaraq yenidən ekspertizaya təqdim olunub.

Audit zamanı Cəbrayıl rayonunun Horovlu kəndində qeyri-yaşayış obyektlərinin, eləcə də 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi üzrə layihədə nəzərdə tutulandan artıq həcmlərin daxil edilməsi aşkar edilib. Nəticədə 996 min 46,5 manat məbləğində vəsaitin müqavilə dəyərindən azaldılması təmin olunub.

Əməyin ödənişi sahəsində isə Zəngilan rayonunun Ağalı kəndində çalışan işçilərə işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər üçün nəzərdə tutulan əlavələrin düzgün tətbiq edilməməsi nəticəsində 137 min 258,7 manat məbləğində artıq ödəniş müəyyən edilib və həmin vəsait müvafiq qaydada bərpa edilib.

Bununla yanaşı, Xidmətin balansında olan nəqliyyat vasitələri üzrə aparılmış yoxlamalar zamanı 1 min 907,2 manat məbləğində artıq silinmiş yanacaq xərci aşkar edilib və bu məbləğ də geri qaytarılıb.

Audit çərçivəsində, həmçinin 3 müvəqqəti yaşayış şəhərciyinin tikintisi və quraşdırılması ilə bağlı satınalma prosesində qanunvericiliyin tələblərinə əməl olunmadığı, eyni avadanlığın dəyərinin iki lot üzrə təkrar daxil edildiyi və nəticədə müqavilə dəyərinin 522 min 270,36 manat artırıldığı müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində qeyd olunan məbləğ müqavilə dəyərindən çıxarılıb.

Qeyd edək ki, audit nəticəsində aşkar edilmiş bütün nöqsanlar üzrə tədbirlər tam icra olunub.

©Report

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda 1,7 milyonluq əmlak hərraca çıxarıldı

14.01.2026

Azərbaycanda cəza çəkən 4 erməni Ermənistana təhvil verilib

14.01.2026

Balababa Rzayev sabiq aparat rəhbərinə yeni vəzifə verdi - FOTO

14.01.2026

Sosial şəbəkələrdə yayılan sosial yardım xəbərləri doğrudur? - Rəsmi açıqlama

14.01.2026

Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər

14.01.2026

"Visa"və "Mastercard" kartlarının fərqi nədir?

14.01.2026

Kriptovalyuta bazarı tənzimləmə və likvidlik arasında: 2025-ci il hansı siqnalları verir?

14.01.2026

Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib

14.01.2026

ABŞ-dən sonra Rusiya da kriptovalyuta qanununu hazırladı

14.01.2026

Hesablama Palatası: Qarabağda tikinti layihələrində artıq xərclər ixtisar edilib

14.01.2026

“Azəriqaz” əlil ailəyə böyük məbləğdə cərimə yazdı – Məhkəmə borcu sildi

14.01.2026

İnvestisiya üçün yeni, yoxsa köhnə tikilidən ev almaq sərfəlidir?

14.01.2026

Azərbaycanda telefon alışı azalıb

14.01.2026

23 yaşlı Zaur 150-yə yaxın şəxsi belə aldadıb - Kiberpolisdən əməliyyat - Video

14.01.2026

Azərbaycanda Prezident təqaüdü ilə bağlı müraciətlər artıb

14.01.2026

Azərbaycanda bahalaşan məhsulların siyahısı açıqlandı

14.01.2026

Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir ®

14.01.2026

Azərbaycanda ötən il orta illik inflyasiya 6 %-ə yaxın olub

14.01.2026

Bu BOKT yeni adda fəaliyyət göstərəcək

14.01.2026
Fərid Orucov bu vəzifəyə təyin olundu

Fərid Orucov bu vəzifəyə təyin olundu

14.01.2026

Məzənnə

Yüklənir...