Redaktor
Yeni dövlət qurumları yaradıldı - FƏRMAN
Prezident İlham Əliyev bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Valyuta.az xəbər verir ki, Fərmanda deyilir:
"1. Aşağıdakı büdcə təşkilatları yaradılsın:
1.1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” və “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxslərin, habelə Dövlət Geoloji İnformasiya Fondunun əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”;
1.2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi”;
1.3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin və “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”;
1.4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” və “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxslərin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsin, habelə Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində Aqromexanika Elmi-Tədqiqat İnstitutunun əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun yaradılmasını təmin etsin.
3. Müəyyən edilsin ki:
3.1. bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan qurumların hüquq və öhdəlikləri, habelə əmlakı onların əsasında yaradılan büdcə təşkilatlarına keçir;
3.2. bu Fərmanın 4.2-ci və 4.3-cü bəndlərində göstərilən məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə kapitalı həmin bəndlərdə nəzərdə tutulan publik hüquqi şəxslərin əmlakı hesabına formalaşır;
3.3. bu Fərmanın 1-ci və 2-ci hissələrinə əsasən yaradılan büdcə təşkilatlarının əsasnamələri (nizamnamələri), strukturu və əməyin ödənilməsi sistemi müəyyən edilənədək həmin hissələrdə nəzərdə tutulan qurumlar fəaliyyətini davam etdirir;
3.4. bu Fərmanın 4.2-ci, 4.3-cü və 5.1-ci bəndlərində qeyd olunan qurumlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək həmin bəndlərdə nəzərdə tutulan publik hüquqi şəxslər fəaliyyətini davam etdirir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
4.1. bu Fərmanın 1-ci, 2-ci və 5-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkilini təmin etsin;
4.3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkilini təmin etsin;
4.4. bu Fərmanın 1-ci və 2-ci hissələrində, 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulan qurumların balansında olan əmlakın həmin qurumların əsasında yaradılan yeni qurumların balansına verilməsi və onların maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etsin;
4.5. bu Fərmanın 1-ci və 2-ci hissələrinə əsasən yaradılan büdcə təşkilatlarının strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin müəyyən edilməsi ilə bağlı tədbirlər görsün;
4.6. bu Fərmanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulan qurumların nizamnamələrinin təsdiq edilməsini təmin etsin;
4.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi:
5.1. tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin birləşmə yolu ilə yenidən təşkilini təmin etsin;
5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin balansında olan əmlakın onların əsasında yaradılan yeni publik hüquqi şəxsin balansına verilməsi və həmin qurumun maddi-texniki təminatı ilə bağlı tədbirlər görsün;
5.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi:
6.1. bu Fərmanın 1-ci və 2-ci hissələrinə uyğun olaraq tabeliklərində yaradılmış büdcə təşkilatlarının əsasnamələrinin (nizamnamələrinin) iki ay müddətində təsdiq edilməsini təmin etsinlər;
6.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
7.1. bu Fərmanla yaradılan yeni qurumların fəaliyyətinin maliyyələşdirilməsini cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində təmin etsin;
7.2. “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmanla yaradılan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün".
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərIMF: Azərbaycanın cari əməliyyatlar hesabı 2026-2027-ci illərdə profisitli olacaq
20.02.2026Antiinhisar Dövlət Agentliyinin üç qurumu birləşdirilir
20.02.2026Fevralda investorlar ABŞ yerinə Avropaya rekord vəsait yatıracaq
20.02.2026Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
20.02.2026
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - CƏDVƏL
20.02.2026Mobil rabitə gəlirləri açıqlandı
20.02.2026Yeni dövlət qurumları yaradıldı - FƏRMAN
20.02.2026Azərbaycanda əhalinin sayı açıqlandı
20.02.2026Keçmiş bankirə Maliyyə Nazirliyində vəzifə verildi
20.02.2026
Hotellərin xərclərində 24 milyonluq artım - Ən çox içki və yeməklərə xərc çəkilib
20.02.2026ASCO-nun sədrinə müşavir təyin edildi
20.02.2026Vyetnam 100 "Boeing" təyyarəsi alacaq
20.02.2026"Bitcoin"i kim bahalaşdıracaq: Böyük oyunçular, yoxsa bazar dinamizmi?
20.02.2026Deputata məxsus olduğu iddia edilən şirkət təşkilati-hüquqi formasını dəyişdi
20.02.2026Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir? - QİYMƏTLƏR
20.02.20262026-da qızıl neçəyə olacaq? - "Goldman Sachs"ın proqnozu
20.02.2026