Vyetnam 100 "Boeing" təyyarəsi alacaq

Redaktor

20.02.2026 15:40
87

Vyetnam 100 "Boeing" təyyarəsi alacaq

Vyetnamın üç aparıcı aviaşirkəti — "Vietnam Airlines", "Sun Phu Quoc Airways" və "VietJet" — Amerika "Boeing" korporasiyasından təxminən 100 yeni sərnişin təyyarəsi almaq barədə razılığa gəliblər. 

Valyuta.az xəbər verir ki, müqavilələr Vyetnam Kommunist Partiyasının lideri To Lamın Vaşinqtona səfəri zamanı imzalanıb.

"Vietnam Airlines" ümumi dəyəri 8 milyard dollar olan 50 "Boeing 737 MAX" təyyarəsinin alınmasını başa çatdırıb. İlkin razılaşmalar ilk dəfə 2023-cü ildə elan edilib. "Vietnam Airlines" rəhbərliyi qeyd edib ki, 50 "Boeing 737-8" təyyarəsinə investisiya müasir, yanacağa qənaət edən donanmanın qurulmasında mühüm addımdır, eyni zamanda beynəlxalq standartlara cavab vermək üçün əməliyyat göstəricilərini və xidmət standartlarını təkmilləşdirir. Bu razılaşma həmçinin "Vietnam Airlines" və "Boeing" arasında uzunmüddətli strateji tərəfdaşlığı gücləndirir.

"Sun Phu Quoc Airways" 40 "Boeing 787 Dreamliner" almaq üçün 22,5 milyard dollarlıq müqavilə imzalayıb. 

Aşağı qiymətli "VietJet" aviaşirkəti isə 965 milyon dollar dəyərində maliyyələşdirmə müqaviləsində "Griffin Global Asset Management" vasitəsilə 6 "Boeing 737" təyyarəsi almağa razılıq verib. "VietJet" şirkəti verdiyi açıqlamada qeyd edib ki, müqavilə onun şaxələndirmə strategiyasında mühüm bir addımdır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...