Redaktor
"Bitcoin"i kim bahalaşdıracaq: Böyük oyunçular, yoxsa bazar dinamizmi?
2026 üçün "Bitcoin"ə dair diqqət çəkən proqnoz gündəmə gəlib.
Valyuta.az-ın xəbərinə görə, “Binance”in keçmiş iş inkişafı meneceri Çeys Quo hesab edir ki, yeni rekord səviyyə (ATH) klassik halving dövrü və ya fərdi investor həyəcanı ilə deyil, bazar daxilindəki likvidlik dinamizmləri ilə formalaşacaq.
Onun fikrincə, növbəti böyük yüksəlişin arxasında hekayələr yox, birbaşa bazar mexanikası dayanacaq.
Qiymətlənməni müəyyən edən üç əsas faktor:
1. Likvidlik
2. Sosial media və bazar marağı
3. Token sahibliyi strukturu
Xüsusilə qısa və orta müddətli dövrlərdə kapital giriş-çıxışları və leveraged əməliyyatlar qiymət hərəkətlərində əsas rol oynayır. Bu prosesdə uzunmüddətli fundamental göstəricilər çox vaxt ikinci plana keçir.
“Razılaşma bir hədəfə çevrilir”
Quo bildirir ki, bazar iştirakçılarının müəyyən bir qiymət gözləntilərində birləşməsi həmin səviyyələrdə likvidliyin yığılmasına səbəb olur. Bu, böyük oyunçular üçün fürsət yaradır. Traderların eyni istiqamətdə mövqe tutması ani likvidasiyalara və kəskin qiymət dəyişikliklərinə yol aça bilər. Quo bunu “Razılaşma formalaşdıqda artıq bir hədəfə çevrilir” sözləri ilə izah edir.
Yeni zirvə likvidlik sıxışmasından gələ bilər
2026-dakı mümkün rekord ani bir likvidlik sıxışmasından sonra baş verə bilər. Törəmə bazarlardakı açıq mövqelərin sıxlığı, yüksək leverage istifadəsi və kapital rotasiyaları qiymətin əvvəlki zirvələrin üstünə qalxması ilə nəticələnər. "Bitcoin"in məhdud təklif strukturu da bu ssenarini gücləndirən amillərdəndir. Qurumsal investorlar və ya dövlət fondlarından gələcək nisbətən kiçik kapital girişi belə qiymətə böyük təsir edə bilər.
Düzgün bir ralli gözlənilmir
Quo 2026-dakı yüksəlişin əvvəlki dövrlərdəki fərdi investor coşqusu və ya meme coin hərəkatı kimi olmayacağını bildirir. Bunun əvəzinə daha yetkin bazar strukturu içində, kəskin dalğalanmalarla irəliləyən bir proses gözlənilir. Hədsiz leverage istifadə edən investorlar üçün ani geri çəkilmələr və zəncirvari likvidasiya riskləri mövcuddur.
SEC davası və sistemik risk
Quonun likvidlik fokuslu qiymətləndirmələri, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) 2023-cü ildə “Binance” və qurucusu Çangpeng Zao haqqında açdığı davada irəli sürülən iddiaları yenidən gündəmə gətirir. İddia sənədində əməliyyat həcmində şişirmə və bazar yaratma praktikaları kimi ittihamlar yer alıb. Həmçinin, 10 oktyabr 2025-də baş verən ani düşüşdə yüksək leverage və likvidlik konsentrasiyasının zəncirvari likvidasiyaları tetiklediği qeyd olunub.
2026-da struktural zirvə?
Əgər Quonun proqnozu doğru çıxsa, 2026-dakı mümkün yeni zirvə yalnız “rəqəmsal qızıl” hekayəsinin deyil; likvidlik idarəsi, törəmə mövqe tutmaları və bazar razılaşmasının kripto ekosistemində əsas rol oynadığının nəticəsi olacaq. Bu ssenaridə yüksəliş, klassik dövri nümunələrdən daha çox bazar daxili güc balansları ilə formalaşacaq.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni dövlət qurumları yaradıldı - FƏRMAN
20.02.2026Azərbaycanda əhalinin sayı açıqlandı
20.02.2026Keçmiş bankirə Maliyyə Nazirliyində vəzifə verildi
20.02.2026
Hotellərin xərclərində 24 milyonluq artım - Ən çox içki və yeməklərə xərc çəkilib
20.02.2026ASCO-nun sədrinə müşavir təyin edildi
20.02.2026Vyetnam 100 "Boeing" təyyarəsi alacaq
20.02.2026"Bitcoin"i kim bahalaşdıracaq: Böyük oyunçular, yoxsa bazar dinamizmi?
20.02.2026Deputata məxsus olduğu iddia edilən şirkət təşkilati-hüquqi formasını dəyişdi
20.02.2026Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir? - QİYMƏTLƏR
20.02.20262026-da qızıl neçəyə olacaq? - "Goldman Sachs"ın proqnozu
20.02.2026
"Toksik şirkətləri kənardan da tanımaq olar" - Əsas siqnallar
20.02.2026Pomidor ixracından qazanılan məbləğ 1 milyon dollardan çox azalıb
20.02.2026Ən populyar 4 parol meneceri haqqında qorxuducu hesabat
20.02.2026Sabahın hava proqnozu
20.02.202618 yaşında heç kimdən dəstək almadan öz biznesini qurdu
20.02.2026"OpenAI" 100 milyardlıq investisiya cəlb etməyə hazırlaşır
20.02.2026“Socar"ın törəməsi 18 milyonluq tender elan etdi
20.02.2026Etsy "Depop"u 1,2 milyard dollara "eBay"a satır
20.02.2026