Redaktor
Gecə Bakının əsas yollarından biri bağlı olacaq
21 fevral tarixində paytaxtın Suraxanı rayonu, Hava limanı şosesində ("Buta Palace"-nin yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.
Valyuta.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin hərəkət iştirakçılarına müraciətində qeyd olunub.
Bildirilir ki, məhdudiyyət 21 fevral tarixində saat 00:00-dan 05:45-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində tətbiq ediləcək.
Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək.
Bundan əlavə sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSabahın hava proqnozu
20.02.202618 yaşında heç kimdən dəstək almadan öz biznesini qurdu
20.02.2026"OpenAI" 100 milyardlıq investisiya cəlb etməyə hazırlaşır
20.02.2026“Socar"ın törəməsi 18 milyonluq tender elan etdi
20.02.2026Etsy "Depop"u 1,2 milyard dollara "eBay"a satır
20.02.2026
20 manatdan aşağı iftar menyusu təqdim edən restoranlar - QİYMƏTLƏR / SİYAHI
20.02.2026Gecə Bakının əsas yollarından biri bağlı olacaq
20.02.2026“AzerGold”un avtomobilləri satışa çıxarılır
20.02.2026
ASOS-un məşhur qurucusunun sirli ölümü: Tailandda 17-ci mərtəbədən yıxılaraq öldü
20.02.2026
Bazar dəyərinə görə dünyanın ən böyük bankları - SİYAHI
20.02.2026Dünya bazarında qızıl 27 dollar bahalaşıb
20.02.2026İnam Kərimov: Məhkəmə sistemində süni intellektin tətbiqi ilə bağlı konkret addımlar atılır
20.02.2026Keçmişdə məhsullar “illərlə işləsin” deyə hazırlanırdı, bu gün isə “tez satılsın və yenisi alınsın”
20.02.2026Məzuniyyətlərlə bağlı yeni qaydalar – Bu şəxslərə kompensasiya veriləcək
20.02.2026Azərbaycana 47 milyon dollardan çox əczaçılıq məhsulu gətirilib
20.02.2026Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşır
20.02.2026ABŞ-nin bu ştatı 2030-cu ilə qədər dünyanın ən böyük data mərkəzi bazarına çevrilə bilər
20.02.2026
Buraxılış imtahanları niyə mart ayında keçirilir?
20.02.2026Rubl bahalaşır
20.02.2026