Redaktor
Keçmişdə məhsullar “illərlə işləsin” deyə hazırlanırdı, bu gün isə “tez satılsın və yenisi alınsın”
Son illər istehlak bazarında ən çox müzakirə olunan mövzulardan biri məişət texnikasının davamlılığı ilə bağlıdır. İstehlakçılar tez-tez bildirirlər ki, əvvəllər alınan cihazlar onilliklərlə problemsiz işlədiyi halda, müasir məhsullar daha qısa müddətdə sıradan çıxır. Mütəxəssislər isə bu tendensiyanı istehsal modellərinin dəyişməsi, texnologiyanın mürəkkəbləşməsi və bazar strategiyaları ilə əlaqələndirirlər.
Niyə 20 il əvvəl istifadə etdiyimiz texnikalar və alətlər hələ də işləyir, amma indikilər 3 ilə sıradan çıxır? Bu, satınalma strategiyasının bir hissəsidirmi?
Mövzu ilə bağlı Valyuta.az-a danışan satınalmalar üzrə mütəxəssis Seymur Hüseynov qeyd edib ki, “Keçmişdə alınan məişət texnikası və cihazlar illərlə işləyirdi, bəs niyə müasir məhsullar bir neçə ildən sonra sıradan çıxır?” sualı təkcə nostalji hissi ilə bağlı deyil, həm də müasir istehsal və satınalma strategiyalarının mahiyyətinə toxunur:
"20-30 il əvvəl istehsal edilən məişət texnikası əsasən uzunömürlülük prinsipi ilə hazırlanırdı. Brendlər üçün məhsulun illərlə problemsiz işləməsi nüfuz məsələsi sayılırdı. Təmir edilə bilən detallar, qalın metal hissələr və sadə mexanizmlər cihazların dayanıqlığını artırırdı. Müasir bazarda isə prioritetlər dəyişib. İstehsalçılar məhsulu daha qısa müddətdə bazara çıxarmağa, dizaynı tez-tez yeniləməyə və satış dövriyyəsini artırmağa çalışırlar. Nəticədə məhsullar daha yüngül, daha mürəkkəb və bir çox hallarda daha az davamlı olur. Müasir iqtisadiyyatda geniş müzakirə olunan anlayışlardan biri planlaşdırılmış köhnəlmədir. Bu termin məhsulun müəyyən müddətdən sonra sıradan çıxacaq və ya funksionallığını itirəcək şəkildə dizayn edilməsini ifadə edir ki, istehlakçı onu yenisi ilə əvəz etməyə məcbur qalsın. Bu yanaşma hər zaman açıq şəkildə tətbiq olunmasa da, müxtəlif dolayı üsullarla müşahidə edilir: təmirin bahalı və ya faktiki olaraq mümkünsüz olması, ehtiyat hissələrinin qısa müddətdə bazardan çıxarılması, proqram təminatı yeniləmələri nəticəsində köhnə modellərin performansının zəifləməsi. Beləliklə, istehlakçı davamlı alış dövrünün iştirakçısına çevrilir".

Müasir məhsulların əksəriyyəti kütləvi istehsal üçün nəzərdə tutulduğunu deyən S.Hüseynov bildirib ki, bu isə xərclərin minimuma endirilməsini tələb edir:
"Nəticədə: daha ucuz plastik materiallardan istifadə olunur, qısaömürlü elektron komponentlər tətbiq edilir, təmir əvəzinə “dəyiş və at” prinsipi üstünlük təşkil edir, bu yanaşma keçmişdə istifadə edilən daha möhkəm və uzunömürlü materialları tədricən əvəz edib. Əvvəllər bir cihaz əsasən bir və ya bir neçə funksiyanı yerinə yetirirdi. Müasir qurğular isə çoxsaylı funksiya, sensor və proqram komponentləri ilə təchiz olunur. Funksionallıq artdıqca nasazlıq ehtimalı da yüksəlir. Kiçik bir elektron problem belə bütün cihazın işləməməsinə səbəb ola bilər. Bu, satınalma strategiyasının tərkib hissəsidirmi? Bəli, bu tendensiya müəyyən mənada müasir iqtisadi modelin xüsusiyyətləri ilə bağlıdır. Davamlı istehlaka əsaslanan sistemdə tez-tez yenilənən məhsullar bazarın aktivliyini qoruyur. Uzunömürlü məhsullar isə satış həcminin azalmasına səbəb ola bilər. Keçmişdə məhsullar “illərlə işləsin” deyə hazırlanırdı, bu gün isə “tez satılsın və yenisi alınsın” məntiqi üstünlük təşkil edir. Bu, texnologiyanın zəifləməsindən çox, istehsal fəlsəfəsinin dəyişməsi ilə əlaqələndirilir. Bununla yanaşı, hazırda da keyfiyyətə və uzunömürlülüyə üstünlük verən istehsalçılar mövcuddur. Lakin belə məhsullar adətən daha yüksək qiymət seqmentinə aiddir və istehlakçıdan şüurlu seçim tələb edir".
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərEtsy "Depop"u 1,2 milyard dollara "eBay"a satır
20.02.2026
20 manatdan aşağı iftar menyusu təqdim edən restoranlar - QİYMƏTLƏR / SİYAHI
20.02.2026Gecə Bakının əsas yollarından biri bağlı olacaq
20.02.2026“AzerGold”un avtomobilləri satışa çıxarılır
20.02.2026
ASOS-un məşhur qurucusunun sirli ölümü: Tailandda 17-ci mərtəbədən yıxılaraq öldü
20.02.2026
Bazar dəyərinə görə dünyanın ən böyük bankları - SİYAHI
20.02.2026Dünya bazarında qızıl 27 dollaradək bahalaşıb
20.02.2026İnam Kərimov: Məhkəmə sistemində süni intellektin tətbiqi ilə bağlı konkret addımlar atılır
20.02.2026Keçmişdə məhsullar “illərlə işləsin” deyə hazırlanırdı, bu gün isə “tez satılsın və yenisi alınsın”
20.02.2026Məzuniyyətlərlə bağlı yeni qaydalar – Bu şəxslərə kompensasiya veriləcək
20.02.2026Azərbaycana 47 milyon dollardan çox əczaçılıq məhsulu gətirilib
20.02.2026Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşır
20.02.2026ABŞ-nin bu ştatı 2030-cu ilə qədər dünyanın ən böyük data mərkəzi bazarına çevrilə bilər
20.02.2026
Buraxılış imtahanları niyə mart ayında keçirilir?
20.02.2026Rubl bahalaşır
20.02.2026