Redaktor
İnvestorun 30 milyonluq təklifini rədd edən startap - SƏHƏR OXUSU
“Coffee Meets Bagel” 2012-ci ildə San-Fransiskoda üç bacı - Arum Kanq (Arum Kang), Daun Kanq (Dawoon Kang) və Su Kanq (Soo Kang) tərəfindən təsis olunmuş tanışlıq tətbiqidir.
Valyuta.az xəbər verir ki, startap 2015-ci ildə “Shark Tank” verilişinə çıxaraq investorların diqqətini cəlb etdi, lakin daha çox qəbul edilməyən təklifi ilə yadda qaldı.
“Shark Tank”dəki qərar
“Coffee Meets Bagel” komandası verilişdə 500 000 dollar investisiya qarşılığında 5 faiz pay təklif etmişdi. Lakin heç bir investorla razılıq əldə olunmadı. Xüsusilə Mark Kubyən (Mark Cuban) onlara təxminən 30 milyon dollar dəyərində satınalma təklifi irəli sürdü. Bu, veriliş tarixində ən böyük təkliflərdən biri kimi qiymətləndirilir.
Təsisçilər təklifi qəbul etməyərək şirkətin gələcəyini öz nəzarətləri altında saxlamağa üstünlük verdilər.
Bu qərar geniş müzakirələrə səbəb oldu. Bir sıra ekspertlər bunu riskli addım hesab etsə də, bacılar öz baxışlarına sadiq qalaraq şirkətin müstəqil inkişaf yolunu seçdilər.
Sonrakı investisiyalar və böyümə
“Coffee Meets Bagel” verilişdən sonra müxtəlif investorlardan ümumilikdə təxminən 31 milyon dollar məbləğində maliyyə vəsaiti cəlb etdi və bir neçə mərhələli sərmayə raundu keçirdi. Bu mərhələlərdə “DCM Ventures” və “Atami Capital” kimi investisiya fondları iştirak etdi. Cəlb olunan vəsait məhsulun təkmilləşdirilməsinə, texnologiyanın inkişafına və bazar payının genişləndirilməsinə yönəldildi.
İllik gəlir və şirkətin dəyəri
Mövcud məlumatlara görə, “Coffee Meets Bagel”in illik gəliri təxminən 36 milyon dollar səviyyəsində qiymətləndirilir. Şirkətin bazar dəyərinin isə 150 milyon dollar civarında olduğu bildirilir. Digər mənbələrdə illik gəlirin 25 - 50 milyon dollar aralığında dəyişdiyi qeyd olunur. Bu göstəricilər startapın verilişdə investisiya əldə etməməsinə baxmayaraq, bazarda möhkəm mövqe tuta bildiyini göstərir.
Model və uğur amilləri
“Coffee Meets Bagel” ənənəvi sürüşdürmə modelindən fərqli olaraq seçilmiş və məhdud sayda uyğun profillər təqdim etməklə fərqlənir. İstifadəçilərə hər gün müəyyən sayda uyğun namizəd təqdim olunur. Bu yanaşma daha ciddi münasibət axtaran auditoriya üçün nəzərdə tutulub və platformanın fərqlənməsinə səbəb olub.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərEtsy "Depop"u 1,2 milyard dollara "eBay"a satır
20.02.2026
20 manatdan aşağı iftar menyusu təqdim edən restoranlar - QİYMƏTLƏR / SİYAHI
20.02.2026Gecə Bakının əsas yollarından biri bağlı olacaq
20.02.2026“AzerGold”un avtomobilləri satışa çıxarılır
20.02.2026
ASOS-un məşhur qurucusunun sirli ölümü: Tailandda 17-ci mərtəbədən yıxılaraq öldü
20.02.2026
Bazar dəyərinə görə dünyanın ən böyük bankları - SİYAHI
20.02.2026Dünya bazarında qızıl 27 dollaradək bahalaşıb
20.02.2026İnam Kərimov: Məhkəmə sistemində süni intellektin tətbiqi ilə bağlı konkret addımlar atılır
20.02.2026Keçmişdə məhsullar “illərlə işləsin” deyə hazırlanırdı, bu gün isə “tez satılsın və yenisi alınsın”
20.02.2026Məzuniyyətlərlə bağlı yeni qaydalar – Bu şəxslərə kompensasiya veriləcək
20.02.2026Azərbaycana 47 milyon dollardan çox əczaçılıq məhsulu gətirilib
20.02.2026Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşır
20.02.2026ABŞ-nin bu ştatı 2030-cu ilə qədər dünyanın ən böyük data mərkəzi bazarına çevrilə bilər
20.02.2026
Buraxılış imtahanları niyə mart ayında keçirilir?
20.02.2026Rubl bahalaşır
20.02.2026