IMF: Azərbaycan bankları yaxşı kapitallaşmış və mənfəətli olaraq qalır

Redaktor

19.02.2026 22:23
48

IMF: Azərbaycan bankları yaxşı kapitallaşmış və mənfəətli olaraq qalır

2025-ci ildə Azərbaycanda kreditləşmənin artım tempi əhəmiyyətli dərəcədə zəifləsə də, bankların kapitalizasiyası yaxşı səviyyədədir və onlar mənfəətli olaraq qalır.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon 2026-cı il fevralın 4-17 tarixlərində Bakıya səfərinin yekunlarına dair bildirib.

Proqnozlara əsasən, xalis daxili kreditləşmənin həcmi 2025-ci ildə əvvəlki illə müqayisədə 29,7 % artıb. Lakin, IMF kreditləşmə həcminin templərinin 2026-cı ildəki 11,2 %-dən 2032-ci ilə qədər 9,7 %-ə enəcəyini gözləyir. Ümumi kreditləşmə həcmindən fərqli olaraq, özəl sektorun kreditləşməsi seqmenti daha proqnozlaşdırıla bilən trayektoriyaya malikdir. Belə ki, 2026-cı ildə artımın 8,9 % səviyyəsində, 2027-2031-ci illərdə isə illik sabit olaraq 9 % səviyyəsində olacağı proqnozlaşdırılır.

“Kreditləşmə üzrə artım tempinin yavaşlamasını nəzərə alaraq, kontr-tsiklik kapital buferinin cari parametrlərinin saxlanılması məqsədəuyğundur, likvidliyin örtülmə əmsalının tətbiqi və xalis stabil maliyyələşmə əmsalının planlaşdırılan tətbiqi isə bank sektorunun dayanıqlığını dəstəkləyəcək”, - A.Bordon vurğulayıb.

Onun fikrincə, Azərbaycan Mərkəzi Bankı tərəfindən bu yaxınlarda risk-yönümlü nəzarətin tətbiqi prudensial nəzarəti gücləndirəcək və “Bazel III” standartlarının mərhələli tətbiqi, eləcə də maliyyə təhlükəsizliyi sisteminin cari təkmilləşdirilməsi ilə yanaşı, maliyyə sabitliyini möhkəmləndirəcək və ictimaiyyətin bank sektoruna inamını daha da artıracaq.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib - YENİLƏNİB

19.02.2026

IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 2032-ci ilə 86 milyard ABŞ dollarını ötəcək

19.02.2026

IMF: Azərbaycan bankları yaxşı kapitallaşmış və mənfəətli olaraq qalır

19.02.2026

Z nəsli spirtli içki içmir - Dünya nəhəngləri 830 milyard dollar itirib

19.02.2026

Donald Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb

19.02.2026

Avtomobiliniz qəfildən tullantıya çevrilə bilər: Proqram təminatı iflasları yaxınlaşır

19.02.2026

Şirkətlərin yeni qorxusu: Kölgə süni intellekt

19.02.2026

"Samsung" aparıcı televizor istehsalçısı statusunu itirdi: Yerini hansı şirkət tutdu?

19.02.2026

İlham Əliyev Vaşinqtonda bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə ayaqüstü görüşüb

19.02.2026

Nazir Mühafizə alayına komandir təyin etdi

19.02.2026

Bu tədbirin iştirakçıları üçün nəqliyyat xidmətləri pulsuz olacaq

19.02.2026

Çinlilər "Bitcoin"i gizli şəkildə alır?

19.02.2026

İnsanları əvəz edən ən yaxşı robotexnika şirkətləri

19.02.2026

Şəkər ixracı 2 milyon dollardan çox azalıb

19.02.2026

Pişiyinə görə işə getmədi - İş yeri ona 40 min təzminat təyin etdi

19.02.2026

Kristin Laqard istefa verəcək?

19.02.2026

Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin ®

19.02.2026

Pulu birjaya köçürmədən kriptoticarətdə saxlayan sistem yaradılıb

19.02.2026

Dövlət agentliyinin sabiq sədri həbs edildi - Beş milyonluq yeyinti

19.02.2026

Nazir beş nəfərə yüksək vəzifə verdi

19.02.2026

Məzənnə

Yüklənir...