Keçmiş bankirə Maliyyə Nazirliyində vəzifə verildi

Redaktor

20.02.2026 16:30
186

Keçmiş bankirə Maliyyə Nazirliyində vəzifə verildi

Azərbaycan Respublikası Maliyyə Nazirliyində təyinat olub.

Valyuta.az-ın məlumatına görə, Samir Ağazadə Daxili audit rəhbəri təyin edilib. 

Həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsini də icra edir. S.Ağazadə bundan əvvəl 2024-2026-cı illərdə “Azərşəkər” MMC-də daxili audit departamentinin rəhbəri, 2022-2025-ci illərdə “AFB Bank” ASC-də, 2023-2025-ci illərdə isə “AZSIĞORTA” ASC-də audit komitəsinin üzvü, 2018-2019-cu illərdə “Bank VTB (Azerbaijan)”da risklərin təhlili və hesabatlılıq metodologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (“UNEC”) beynəlxalq biznes ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə həmin universitetdə maliyyə ixtisası üzrə Biznesin idarə edilməsi magistr (MBA) təhsili alıb.

Qeyd edək ki, o, rus və ingilis dillərini bilir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...