Redaktor
Vəfat etmiş əlil şəxsin təqaüdünü həyat yoldaşı ala bilər? - RƏSMİ AÇIQLAMA
Vətəndaşların pensiya alması ilə bağlı müəyyən qayda və qanunlar mövcuddur. Onlardan biri də vəfat edən ər və ya arvadın pensiyasını müvafiq olaraq həyatda qalan arvad və ərin alması məsələsidir. Bu, qanunvericiliklə tənzimlənir.
Belə ki, əgər pensiyaçı ər vəfat edirsə, onun həyat yoldaşı özü də pensiya yaşına çatıbsa, pensiya alırsa, onda ərinin pensiyasını almaq hüququna malikdir. Bu qayda, eyni zamanda, ər üçün də keçərlidir. Sadəcə, burada kiçik bir nüans var. Yəni, əgər vəfat edən şəxsin (ər və ya arvad) pensiyası yaşayan şəxsin pensiyasından çoxdursa, həyatda qalan şəxs öz az məbləğli pensiyasından imtina etməklə ölən həyat yoldaşının daha çox məbləğli pensiyasını seçə bilər.
Tutaq ki, ər 400 manat pensiya alır və vəfat edirsə, 350 manat pensiya alan arvad ən böyük məbləğli pensiyanı seçə bilər. Bunun üçün öz 350 manat pensiyasından imtina etməlidir. Yəni hər iki pensiya məbləği hesablanaraq həyatda qalan şəxsə verilmir.
Bəs vəfat edən şəxs yaşa görə yox, əlilliyə görə pensiya alırsa, bu qayda onda da keçərlidirmi?
Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, əgər vəfat edən şəxsin əliliyə görə aldığı təqaüd daha çoxdursa, onun həyat yoldaşı öz pensiyasından imtina etməklə həmin məbləği seçə bilər.
Yəni burada da əgər ər əlildirsə və əlillik müavinəti alırsa, onun arvadının pensiya hüququ varsa, öz pensiyasından imtina edib daha çox məbləğli əlillik müavinətini almaq üçün müraciət edə bilər.
© Bizim.media
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib
11.02.2026Azərbaycanda startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb
11.02.2026"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır
11.02.2026"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı
11.02.2026İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub
11.02.2026İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib
11.02.2026"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi
11.02.2026