Redaktor
“Unconventional AI” startapı 475 milyon dollar investisiya aldı
ABŞ-da fəaliyyət göstərən “Unconventional AI” startapı 475 milyon dollarlıq ilkin investisiya raundunu tamamlayıb. Maliyyələşdirmə mərhələsinə “Andreessen Horowitz” (a16z) və “Lightspeed Venture Partners” birgə rəhbərlik ediblər.
Valyuta.az xəbər verir ki, yapay intellekt sahəsində çalışan şirkətin investisiya raunduna həmçinin Ceff Bezos, “Lux Capital”, “DCVC” və “Databricks” də qoşulub.
Bu sərmayə nəticəsində cəmi iki ay əvvəl - 2025-ci ilin sentyabrında təsis edilmiş “Unconventional AI” startapının dəyəri 4,5 milyard dollara yüksəlib.
Şirkət investisiyanı bioloji neyronlardan ilham alan yeni nəsil süni intellekt çiplərinin və həmin çiplər üçün nəzərdə tutulmuş modellərin eyni vaxtda inkişaf etdirilməsi məqsədilə istifadə edəcəyini açıqlayıb.
“Naveen Rao” tərəfindən təsis edilmiş startap beynin işləmə prinsiplərini təqlid edən, yalnız ehtiyac yarandıqda enerji sərf edən və mövcud çiplərlə müqayisədə 1000 dəfə daha səmərəli ola biləcək süni intellekt sürətləndiricisi hazırlayır.
Şirkətin təqdim etdiyi sistem çip üzərində (SoC) dizayna əsaslanır və CPU, neyronabənzər emal vahidləri, qarışıq siqnallı sxemlər, eləcə də RRAM kimi yeni nəsil yaddaş texnologiyalarını birləşdirir. Bundan əlavə, “Unconventional AI” bu çiplərlə tam uyğunlaşdırılmış süni intellekt modellərini də özü hazırlayır və nəticədə avadanlıq ilə proqram təminatı arasında tam inteqrasiya təmin olunur.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
20.01.20262026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI
20.01.2026İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb
20.01.2026"ClickHouse" 400 milyon dollar investisiya alıb
20.01.2026Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub
20.01.2026Bakı metrosunda interval azaldılacaq? - Rəsmi
20.01.2026Stolüstü kompüter istehsalı 52% azalıb
20.01.2026