"Tesla"nın səhmləri ucuzlaşıb, mövqeyi zəifləyir

Redaktor

16.04.2024 22:19
554

"Tesla"nın səhmləri ucuzlaşıb, mövqeyi zəifləyir

"Tesla"nın böyümə hekayəsi artıq sarsıntılı görünməyə başlayır.

Valyuta.az xəbər verir ki, elektrik avtomobillərinin illərlə artan tədarükündən sonra şirkət iqtisadi problemlərlə üzləşib. Ümumiyyətlə elektrikli avtomobillərə tələbat o qədər azalır ki, ənənəvi istehsalçılar iddialı planlarından geri çəkilirlər. Məsələn, Çində daha ucuz alternativlər istehsal olunması "Tesla"nın belə demək mümkünsə, "naharını" yeyir.

Elon Maskın şirkətinin tədarükləri pandemiya başlayandan bəri ilk dəfə 2024-cü ilin birinci rübündə azaldı. Daha sonra şirkətin istehsal gücü 2023-cü ilin dördüncü rübündən 20% və 2023-cü ilin birinci rübündən isə 9% azalaraq 386.810 avtomobilə qədər enib. "Tesla"  50.000-dən çox  elektrikli avtomobil istehsal edib. Bu da, onun tədarük etdiyindən daha çoxdur.

Şirkət bu yaxınlarda gəliri artırmaq üçün bəzi addımlar atıb. "Tesla"  avtomobillərə "Self-Driving" (tam avtonom olmayan rejim) sistemi əlavə etmək istəyir ki, bu da çox bahalıdır. "Tesla" bu yaxınlarda tam "Self-Driving" üçün aylıq abunə qiymətini 199 dollardan 99-a endirib. Bu güzəşt kömək edə bilsə, şirkət gəlirlərini artıracaq. Digər tərəfdən xərcləri azaltmaq üçün "Tesla" işçi qüvvəsinin 10 faizindən çoxunu ixtisar etməyi planlaşdırır ki, bu da təxminən 14 000 nəfərə bərabərdir. Belədə çətinlikləri nəzərə alsaq, pandemiya dövründən bəri səhmlərin təxminən 60% dəyər itirməsi təəccüblü deyil.

Səhm itkisindən sonra belə, "Tesla" təxminən 525 milyard dollar dəyərində qiymətləndirilir. Bu arada şirkətin rəqiblərindən "General Motors" 50, "Ford" 49, "Toyota" 332 milyard dollar olaraq qiymətləndirilir. Göründüyü kimi "Tesla"nın dəyəri hələ də hər üçünün cəmindən bahadır. 2023-cü ildə "Tesla" 1,81 milyon, "Toyota" isə 10 milyondan çox avtomobil satıb. "Tesla"nın yüksək qiymətinin səbəbi şirkətin avtomobil istehsalı ilə yanaşı başqa işlərlə də məşğul olması ilə izah edilir. Məsələn, Maskın rəhbərlik etdiyi şirkət günəş panelləri satırlar. Lakin yüksək faiz dərəcələrinə baxmayaraq, aşağı tələb və daha yeni texnologiyaların inkişafı səbəbindən onlara sənayedə tələbat azalmaqadır.  Analitiklər bu il yaşayış evlərində günəş enerjisi satışlarının 13 faiz azalacağını gözləyir. Təbii ki, günəş enerjisi və "batareya bankı" birlikdə tələb olunduğu üçün, belə bir vəziyyətdə "Tesla"nın batareya biznesi də zərər görə bilər. 

2023-cü ilin sonunda şirkətin təxminən 29 milyard dollar nağd büdcəsi və qısamüddətli investisiya yatırımları var idi. Lakin bu, "Tesla" üçün nəfəs olsa da, daha böyük işlərə kifayət etmir.  "Tesla" səhmlərini inanılmaz zirvələrə çatdıran hekayə, bu gün bir neçə il əvvəl olduğu qədər cəlbedici görünmür. Şirkətin qiymətləndirilməsi hələ də zəif olduğu üçün yeni səhmlərin yatırılması inanılmaz dərəcədə riskli hesab edilir. 

Müxtəlif nəşrlərdə "Tesla"nın ümumi mövqeyinin zəiflədiyi, səhmlərin 60 faizinin ucuzlaşdığı bildirilir.

Elmir

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb

17.03.2026

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb

17.03.2026

"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?

17.03.2026

Dünyanın ən varlı idman klubu sahiblərinin ilk 10-luğu

17.03.2026

İnvestisiya növləri: sərvət yaratmaq üçün 10 geniş yayılmış seçim

17.03.2026

Məzənnə

Yüklənir...