Redaktor
06.08.2024 17:39
689
Taksi sürücülərinin imtahan vaxtı məlum oldu
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün ilk imtahan avqustun 25-də keçiriləcək.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak etmək üçün DİM-ə müvafiq qurumlar tərəfindən 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub.
İmtahanda iştirak etmək istəyən həmin sürücülər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) "Şəxsi kabinet” yaratmalı və 6 avqust saat 15:00‑dan 20 avqust saat 23:59-dək "Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. "Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər "Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər "İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.
Növbəti xəbər yüklənir...
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezidentin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
07.03.2026“Azəralüminium”un ixrac gəlirləri 4,1 milyon dollar artıb
07.03.2026Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur
07.03.2026Bakının mənzil bazarında 2 ayın mənzərəsi: Qiymətlər sabit tempdə artır
07.03.2026"YouTube"da mesajlaşmaq mümkün olacaq
07.03.2026Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI
07.03.2026Qənaətli həyat üçün 4 məsləhət açıqlanıb
07.03.2026Bakının mənzil bazarı: Vəziyyət necədir?
07.03.2026Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
07.03.20262030-cu ilə qədər həyatımızdan çıxacaq 8 texnologiya
07.03.2026İlk işdə uğur qazanmaq üçün əsas strategiyalar
07.03.2026Avropa qaz uğrunda döyüşdə uduzur: Bazarda nə baş verir?
07.03.2026Dubay beynəlxalq hava limanları fəaliyyətlərini qismən bərpa edir
07.03.2026Bakıda 49 nömrəli marşrut xəttini "BakuBus" istismar edəcək
07.03.2026Azərbaycanda ən çox maaş alan qadınların çalışdığı sahələr - Məbləğ
07.03.2026Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - FOTO
07.03.2026Dubayda qızıl endirimlə satılmağa başlanılıb
07.03.2026Azərbaycan neftinin qiyməti 94 dolları keçdi
07.03.2026Süni intellekt su ehtiyatlarını tükədir?
07.03.2026“Aqrar Sığorta” ASC-nin ödənişləri 11,9 dəfə azalıb
07.03.2026Məzənnə
Yüklənir...