Tələbələrin dərs oxuyarkən işləmələri doğrudur?
28.07.2025 12:25
1,356

Tələbələrin dərs oxuyarkən işləmələri doğrudur?

Asim Həsənov 
     İnsan Resursları üzrə mütəxəssis 

Tələbəyəm, nə vaxt iş axtarmağa başlamalıyam?

Bu sual sizi düşündürürsə, artıq doğru yoldasınız deməkdir.

Ən gec 3-cü kursdan etibarən hazırlıq mərhələsinə başlayın.

Əgər 1-2-ci kursda əsas diqqətiniz dərslərə yönəlibsə, 3-cü kurs – “karyera planlaşdırması üçün ideal dövr” sayılır. Bu mərhələdə artıq:
    •    Həvəs və maraqlarınız daha aydındır;
    •    Zəif və güclü tərəflərinizi tanıyırsınız;
    •    Hansı sahədə işləmək istədiyinizi az-çox sezirsiniz.

İş tapmasan belə, karyeran üçün addımlar ata bilərsən

İş axtarışı sadəcə maaş üçün deyil, təcrübə qazanmaq və özünü tanıtmaq üçündür. Aşağıdakıları etdikcə, şans sənə daha çox yaxınlaşacaq:

CV hazırla – Birinci CV həmişə sadə olur, amma onu yeniləmək sənə inkişafı hiss etdirəcək.

Müsahibələrə qatıl – Təcrübə toplamaq üçün belə müsahibəyə getmək öyrədicidir.

Sahə ilə əlaqəli tədbirlərə get – Təlimlər, karyera sərgiləri, onlayn seminarlar.

LinkedIn və Telegram kanallarında aktiv ol – Şəbəkəni qurmağa erkən başla.

Bacarıqlarını artır – Excel, Canva, yazılı ünsiyyət, e-mail etikası və s.

İş tapsan, itirməyə tələsmə — razı qalınsa, davam edə bilərsən

Bəzən tələbələr deyir: “Dərs başlayır, işi tərk etməliyəm.” Amma reallıqda bir çox iş yerləri – xüsusilə startaplar və ya gənc komandalar – tələbənin təhsilini nəzərə alır.

Əgər:
    •    İş sənə uyğun gəlirsə,
    •    Rəhbərlə açıq ünsiyyət qura bilirsənsə,
    •    Dərs saatları ilə razılaşmaq mümkündürsə,

onda tam və ya qismən uzaqdan (remote) çalışmağını təklif edə bilərsən.
Ən əsası: yaxşı işləyirsənsə, onlar səni itirmək istəməzlər.

Uğursuzluq varsa, bu da qazancdır.

İş tapa bilmədin? Problem deyil. Çünki sən artıq:

    •    CV yazmağı öyrənmisən;
    •    Müsahibəyə necə hazırlaşmaq lazım olduğunu bilirsən;
    •    İş mühitinin nə olduğunu anlamağa başlamısan.

Bu bilikləri 4-cü kursda və ya məzun olduqdan sonra istifadə etdikdə, rəqiblərindən bir addım öndə olacaqsan.

Sonda

Tələbəlik sadəcə diplom almaq üçün yox, özünü tanımaq üçündür.
İş axtarma prosesi də bu tanımanın bir hissəsidir. Heç bir təcrübə boşa getmir. İndi atılan addımlar, gələcək uğurların təməlini qoyur.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual

24.01.2026

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Qızıl istehsalında 11%-dən çox artım

24.01.2026

Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU

24.01.2026

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

Məzənnə

Yüklənir...