<span style="color:#000000">Uğursuz insanların 10 vərdişi</span>

Redaktor

05.10.2024 17:37
1,977

Uğursuz insanların 10 vərdişi

Uğursuz insanlar tez-tez irəliləyişlərinə mane ola biləcək müəyyən düşüncə tərzinə və ya xüsusiyyətlərə malik olurlar. Bu səhvləri tapmaq və aradan qaldırmaq fərdlərə daha uğurlu yola keçməyə kömək edə bilər.

1. Zamanın idarə edilməsi ilə məşğul olmurlar

Vaxtın idarə edilməsi həm iş həyatında, həm də sosial həyatda çox önəmlidir. Hər kəs üçün bir gün 24 saatdır və yaxşı idarə olunmayan vaxt boşa sərf olunan vaxtdır. Hər dəqiqəni müəyyən bir plana uyğun yaşasanız, günlərinizin daha məhsuldar keçdiyini anlayacaqsınız. Uğursuz insanlar vaxtlarını idarə etməməklə bütün vaxtlarını boşa verirlər.

2.Daim diqqətlərini yayındırırlar

Ətrafımızda diqqətimizi yayındıra biləcək minlərlə amil var. Mobil telefonlar, sosial media, əyləncə sənayesi, kompüterlər, onlayn platformalar və s. diqqətinizi oğurlamaq üçün əllərindən gələni edirlər. Üzərində işlədiyiniz bir işə diqqət yetirməsəniz, uğursuz olacaqsınız. Uğursuz insanlar diqqətlərini konkret bir işə yönəldə bilməzlər.                          

3. Onlar sadəcə danışmaq üçün danışırlar

Yəqin ki, ətrafınızda lazımsız yerə danışan bir çox insan görürsünüz. Boş söhbətin əsası cəhalət və ictimai şüurun olmamasıdır. Sırf danışmaq üçün danışan insanlar uğursuz insanlardır, onlardan mümkün qədər uzaq durmağa diqqət edin.                                                

4. Səhv insanlarla vaxt keçirirlər

Şəxsiyyətinizi və həyatınızı yaradan ən böyük amil nə qədər sosial olduğunuzdur. Uğursuz insanlar çevrəsinə yanləş insanları toplayır. Şəxsi inkişaflarını həmişə mənfi yöndə qidalandırırlar. Əgər ətrafınızda səhv insanlar varsa, sizin də onlar kimi olmanız qaçınılmazdır, ona görə də siz də uğursuzluğa düçar olacaqsınız.        

5. Mənfiyə fokuslanırlar

Uğursuz insanlar başlarına gələn bütün hadisələr və gələcək planları haqqında mənfi düşünməkdən çəkinə bilməzlər. Kainata mənfi mesajlar göndərsəniz, kainat sizə mənfi hadisələrlə qayıdacaq. İstəmək döyüşün yarısıdır, ona görə də həmişə müsbət düşünməyə çalışın. Mənfi düşünmək uğursuz insanların xüsusiyyətidir.                                                        

6. Hər şeyi təxirə salırlar

Həyat çox qısadır və süründürməçilik hər şeydə uğursuzluğa səbəb olur. Dərsləri təxirə salmaq təhsil həyatınızın axsamasına səbəb olacaq, işi təxirə salmaq isə karyeranızı və maliyyə qazancınızı pozacaq. Uğursuz insanlar həyatlarında çox şeyi təxirə salır və nəticədə görülməsi lazım olan işlər görülmür. Bu zəncirvari reaksiya uğursuzluğa uğursuzluq əlavə edir.                

7. Başqalarını dinləmirlər

Uğursuz insanlar dinləməkdən uzaq insanlardır. Dinləmək anlamanın başlanğıcıdır. Bir mövzuda fikir sahibi olmaq və onu həyatınıza uyğunlaşdırmaq üçün qulaq asmaq lazımdır. Dinləməkdən və anlamaqdan uzaq olan insanlar mütləq uğursuzluğa düçar olacaqlar. Başqalarını dinləyin, yaxşı ünsiyyət üçün yaxşı dinləyici olmaq lazımdır.

8. Onlar tənbəldirlər

Çağımızın ən böyük problemlərindən biri tənbəllikdir. Tənbəllik  şəxsiyyətin bir parçasıdırsa, uğursuzluqdan başqa heç nəyə gətirib çıxartmır. Tənbəllər heç bir məsuliyyət daşımır və məsuliyyətdən qaçırlar. Onlar oxumur və iş tapşırıqlarını vaxtında yerinə yetirə bilmirlər. Əgər uğursuz olmaq istəmirsinizsə, tənbəllikdən uzaq olun.                     

9. Marağın olmaması

Maraqlı olmaq öyrənməyin başlanğıcıdır. Bütün ixtiralar sonsuz bir maraq hissi nəticəsində yaranmışdır. Əgər sizdə maraq hissi yoxdursa, öyrənə bilməzsiniz. Öyrənməmək həm də uğursuzluğa dəvətdir. Uğursuz insanlar maraqdan uzaq, monoton bir həyat sürürlər. Bir mövzuda uğur qazanmaq üçün araşdırma etmək lazımdır.                                                     

10. Təslim olmaq

Uğursuz insanlar ən kiçik çətinlikdə asanlıqla təslim olurlar. Həyatda uğur qazanmaq üçün müəyyən çətinlikləri qəbul etmək lazımdır. Qarşılaşdığınız zərbələrdən imtina etsəniz, uğur qazanmaq mümkün deyil. Bacardığınız qədər mübarizə aparın və uğursuz insanlar cəmiyyətinə qoşulmayın.

Maya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO

20.01.2026

Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək

20.01.2026

Milyarderlərə saxta Davos biletləri satılıb

20.01.2026

Metroda xətlərin ayrılacağı tarix açıqlandı

20.01.2026

Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb

20.01.2026

BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər

20.01.2026

"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir

20.01.2026

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

20.01.2026

İctimai iaşə dövriyyəsi artıb

20.01.2026

"ChatGPT"də reklamlar necə yayımlanacaq?

20.01.2026

Uşaqlar üçün olan bu məhsul bahalaşdı

20.01.2026

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

20.01.2026

Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı

20.01.2026
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

Məzənnə

Yüklənir...