"Sosial şəbəkə hesablarını silənlər nə istədiklərini dəqiq bilməyənlərdir"

Redaktor

28.01.2026 10:02
88

"Sosial şəbəkə hesablarını silənlər nə istədiklərini dəqiq bilməyənlərdir"

Son dövrlərdə bəzi insanlar şəxsi inkişaf və karyera məqsədləri ilə sosial şəbəkələrdən tamamilə uzaqlaşmağı seçirlər. Bu addım adətən vaxt itkisi, diqqətin dağılması və motivasiyanın azalması ilə əsaslandırılır. Digər tərəfdən isə sosial şəbəkələr müasir dövrdə insanları tanıdan, yeni imkanlar yaradan və peşəkar əlaqələri genişləndirən əsas platformalardan biri hesab olunur. Sosial şəbəkələrdən tam imtina etmək həqiqətən şəxsi inkişafa və karyeraya müsbət təsir göstərir, yoxsa bu, potensial imkanların itirilməsinə səbəb olur?

Karyera məsləhətçisi Natiq Xəlilov Valyuta.az-a bildirir ki, sosial mediadan tam çıxmaq istəyən insanların bir qismi bunu “şəxsi inkişaf” narrativi kimi təqdim edir: "Bu fikri daha çox fokuslanmaq problemi yaşayan, nə istədiyini dəqiq bilməyən və gününü sosial şəbəkələrdə keçirib sonda bundan peşman olan insanlar səsləndirir".

Onun sözlərinə görə, bəzi insanlar sosial mediada özlərini başqaları ilə müqayisə etməyə başlayır və zamanla həmin obrazlara bənzəməyə çalışırlar: "Bu da daxili narahatlıq, psixoloji sıxıntı yaradır. Nəticədə insan həmin hislərdən qaçmaq üçün sosial şəbəkələrdən tam uzaqlaşmağı çıxış yolu kimi görür". 

N.Xəlilov hesab edir ki, bu mərhələdə sosial mediadan çıxmaq insana müəyyən rahatlıq versə də, bu effekt adətən qısamüddətli olur: “Səs-küy azalır, daha sakit bir mühit yaranır, lakin eyni zamanda stimul da azalır. İnsan informasiya axınından kənarda qalır və bu vəziyyət uzun müddət davam etmir".

Karyera məsləhətçisi bildirir ki, sosial şəbəkələrdən uzaqlaşan bəzi insanlar zamanla peşəkar baxımdan görünməz olurlar: “Tanıdığım insanlar var idi ki, sosial mediada aktiv idilər, kontent yaradırdılar. Onların bacarıqları dəyişmədi, lakin sosialdan çəkiləndən sonra görünürlüklərini itirdilər”.

Nəticə etibarilə, sosial şəbəkələrdən tam imtina etmək bəzən insana qısamüddətli rahatlıq gətirə bilər, lakin uzunmüddətli perspektivdə bu addım strateji baxımdan düzgün hesab olunmur. Ekspertin fikrincə, problem sosial şəbəkələrdə olmaqda deyil, onlardan necə və hansı məqsədlə istifadə etməkdədir".

N.Xəlilov tövsiyə edir ki, əgər sosial media insanı yorur və diqqətini dağıdırsa, tamamilə silmək əvəzinə istifadə strategiyası dəyişdirilməlidir: "Məsələn, iş və karyera məqsədləri üçün "LinkedIn", maraq dairəsinə uyğun məzmun üçün isə "Instagram" və ya "Facebook" seçilə bilər. Eyni anda 6-7 platformadan istifadə etmək diqqətin dağılmasına səbəb olan əsas amillərdəndir".

Onun fikrincə, əsas dönüş nöqtəsi sosial şəbəkələrdən ayrılmaq yox, onlardan şüurlu və məqsədyönlü istifadə etməyi anlamaqdır: "Passiv istifadə diqqəti yayındırır, lakin strateji və seçmə istifadə karyeraya real töhfə verə bilər. Buna görə də balanslı yanaşma daha sağlamdır".

Onun müşahidələrinə görə, sosial şəbəkələrin tamamilə silinməsi çox vaxt gözlənilən effekti vermir. Əksinə, düzgün idarə olunmadıqda bu addım karyera baxımından mənfi nəticələr doğura bilər: "Çünki bu gün sosial şəbəkələr təkcə vaxt aparan platformalar deyil, həm də peşəkar görünürlük, əlaqələr və yeni imkanlar mənbəyidir".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Maddi vəziyyətinizi bu yollarla yaxşılaşdıra bilərsiz

28.01.2026

Bankların xalis xarici aktivləri 782 milyon manat azalıb

28.01.2026

Mehdiabaddan "28 May"a tramvay xətti çəkiləcək

28.01.2026

Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir

28.01.2026
Vətəndaşlar əmanətlərini ən çox bu banklarda yerləşdiriblər

Vətəndaşlar əmanətlərini ən çox bu banklarda yerləşdiriblər - CƏDVƏL

28.01.2026

Bankların biznes kreditləri 1 mlrd. manatdan çox artıb

28.01.2026

Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur

28.01.2026

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir ®

28.01.2026
Yanvar ayının pensiyaları niyə artımlar ilə ödənilmədi?

Yanvar ayının pensiyaları niyə artımlar ilə ödənilmədi?

28.01.2026

Kəmaləddin Heydərov polkovniki rəis təyin etdi

28.01.2026

Bu il yeni metro stansiyası istifadəyə veriləcək

28.01.2026

Bank sektorunun mənfəəti 1,2 milyard manata yüksəlib

28.01.2026

Bezos yenidən dünyanın üçüncü ən varlı adamı oldu

28.01.2026

2025-ci ildə dövlətə ən çox mənfəət vergisi ödəyən banklar: Kapital Bank liderliyini qoruyur 

28.01.2026

AFB Bank böyüməni necə gəlirə çevirib: 43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət

28.01.2026

“A-Qroup Sığorta” şirkətinin ödənişlərinda 1 milyondan çox azalma

28.01.2026

"Sosial şəbəkə hesablarını silənlər nə istədiklərini dəqiq bilməyənlərdir"

28.01.2026

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

28.01.2026

Ən çox icarəyə götürülən avtomobillər və onların günlük qiymətləri

28.01.2026

Azərbaycan nefti bahalaşıb

28.01.2026

Məzənnə

Yüklənir...