Redaktor
Bezos yenidən dünyanın üçüncü ən varlı adamı oldu
"Amazon" səhmlərinin bahalaşmasından sonra Ceff Bezos yenidən dünyanın üçüncü ən varlı şəxsi olub və bu mövqedə Sergey Brini geridə qoyub.
Valyuta.az xəbər verir ki, Amazon şirkəti "Amazon Go" və "Amazon Fresh" formatlı fiziki mağazalarını bağlayaraq diqqəti onlayn eyni-gün çatdırılma xidmətlərinə və "Whole Foods" Market şəbəkəsinin genişləndirilməsinə yönəldəcəyini açıqlayıb. Bu qərardan sonra "Amazon" səhmləri 2,4% artaraq 244 dolları ötüb.
Şirkət bildirib ki, sözügedən mağazalar genişmiqyaslı inkişaf üçün yetərli iqtisadi model yarada bilməyib. Yaxın illərdə 100-dən çox yeni "Whole Foods" mağazasının açılması planlaşdırılır.
"Forbes Real-Time Billionaires" siyahısına görə, "Jeff Bezos"un sərvəti 4,8 milyard dollar artaraq 254 milyard dollara yüksəlib. Sergey Brinin sərvəti isə 253,1 milyard dollar təşkil edir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər