Redaktor
Yanvar ayının pensiyaları niyə artımlar ilə ödənilmədi?
“Əmək pensiyaları” haqqında Qanuna əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması hər il yanvar ayına da şamil olunur. Artıq yanvar ayı üçün pensiyalar tam ödənilib.
Valyuta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.
Bəs bu ay artımların verilməməsi nə ilə bağlıdır və artımlar nə zaman ödəniləcək?
"Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. 2025-cü ilin ilk 11 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı 9.3 faiz artıb. İllik yekunun isə 9.2 faiz olacağı gözlənilir. Dəqiq rəsmi göstərici isə Dövlət Statistika Komitəsi tərəfindən gələn ayın əvvəllərində elan ediləcək.
2025-c ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.
İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq", - deyə V.Bayramov qeyd edib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMaddi vəziyyətinizi bu yollarla yaxşılaşdıra bilərsiz
28.01.2026Bankların xalis xarici aktivləri 782 milyon manat azalıb
28.01.2026Mehdiabaddan "28 May"a tramvay xətti çəkiləcək
28.01.2026Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir
28.01.2026
Vətəndaşlar əmanətlərini ən çox bu banklarda yerləşdiriblər - CƏDVƏL
28.01.2026Bankların biznes kreditləri 1 mlrd. manatdan çox artıb
28.01.2026Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur
28.01.2026“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir ®
28.01.2026